9 C
Baku
Thursday, December 12, 2024

Asiya İnkişaf Bankı

0
Asiya İnkişaf Bankı

Have a Question?

Asiya İnkişaf Bankı (AİB) Asiya-Sakit Okean bölgəsinin sosial və iqtisadi inkişafını təşviq etmək məqsədi ilə 1966-cı ildə Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə təsis edilmişdir. 

Banka 67 ölkə üzvdür: Asiya və Sakit Okean bölgəsindən 48, regiondan kənar isə 19 ölkə. Əsas səhmdarlar ABŞ, Yaponiya və Avstraliyadır. AİB-nın qərargahı Manila şəhərində, Filippində yerləşir.

Bankın strukturunda iki fond mövcuddur: birincisi kommersiya əsasında ənənəvi maliyyələşdirmə üçün, ikincisi güzəştli faiz dərəcəsi ilə uzunmüddətli kredit vermək üçündür.

AİB-nın əsas fəaliyyət istiqamətləri:

– üzv ölkələrdə qeydiyyatdan keçmiş şirkətlərin maliyyələşdirilməsi;

– inkişaf layihələri və proqramlarının planlaşdırılması və həyata keçirilməsində qrant və texniki dəstək;

– Asiya-Sakit Okean bölgəsinə investisiya cəlb etmək;

– inkişaf etməkdə olan üzv ölkələrin sosial-iqtisadi siyasətinin əlaqələndirilməsində yardım;

– məsləhət xidmətlərinin göstərilməsi.

AİB-in prioritet dəstək sektorları nəqliyyat və rabitə, sənaye, enerji, kənd təsərrüfatı və maliyyədir (əsasən mikromaliyyə).

Kreditlərin ən böyük payı Hindistan, Pakistan və Filippinin payına düşür. 

AİB-nin dünyada 26 nümayəndəliyi var və 2006-cı ildən bu yana avronun analoqunu buraxmağı planlaşdırır (akyu).