7 C
Baku
Thursday, December 12, 2024

Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq forumu

0
Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq forumu

Have a Question?

Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq forumu (APEC) 1989-cu ildə Avstraliya və Yeni Zelandiyanın baş nazirlərinin təşəbbüsü ilə yaradılıb. Təşkilatın məqsədi bölgədəki ticarət və investisiya əlaqələrini inkişaf etdirmək və liberallaşdırmaqdır. 

Hal-hazırda APEC-in 21 üzvü var, ölkələrin əksəriyyəti Sakit okeana çıxışa malikdir. 

Təşkilatın müəyyən edilmiş inzibati quruluşu olmasa da, Sinqapurda fəaliyyət göstərən ofisi var. APEC çərçivəsində məsləhət şurası, üç ekspert komitəsi (iqtisadi, ticarət və investisiya, inzibati-büdcə), habelə iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı üçün məsul olan 11 işçi qrupu fəaliyyət göstərir. 

Strateji qərarlar APEC-in illik sammitində qəbul edilir, sammitlərdə böyük iqtisadiyyatlarının nazirləri və ekspertləri iştirak edirlər