10 C
Baku
Wednesday, December 11, 2024

Sənədli Əməliyyatlar üzrə aparıcı (baş) mütəxəssis – AccessBank

0
Sənədli Əməliyyatlar üzrə aparıcı (baş) mütəxəssis – AccessBank
25.11.2019

Sənədli Əməliyyatlar üzrə aparıcı (baş) mütəxəssis / Korporativ Bankçılıq Departamenti

Vəzifə öhdəlikləri :

• Sənədli Əməliyyatlar əməkdaşlarına və bankın filial və şöbələrinin əməkdaşlarına ticarətin maliyyələşdirilməsi xidmətləri ilə bağlı konsultasiya verilmək, həmçinin onlara yeni müştərilərin cəlb olunmasında və cari müştərilərin saxlanılmasında kömək etmək.
• AccessBankın təqdim etdiyi sənədli əməliyyatlar məhsullarının satışını və müştəri porfelinin idarə edilməsində aktiv iştirak etmək.
• Yerli bazar haqqında məlumatların toplanılması və xarici müştərilərin yerli bazarda inkişafının izlənilməsi
• Digər banklarla iş münasibətlərinin yaradılması və danışıqların aparılması
• Əlaqələr haqqında qeydiyyatların aparılması, aylıq hesabatların, müqavilələrin və sənədli əməliyyatlar ilə və korrespondent banklarla əməkdaşlıqla bağlı digər sənədlərin hazırlanması və nəzarət edilməsi
• Sənədli Əməliyyatların sənəd arxivinin aparılmasına nəzarətin edilməsi
• İşgüzar münasibətlərin idarə olunmasına, zəmanət və akkreditivlərə, bank məhsullarının satışına, sənədli əməliyyatlara aid təlimlərin keçilməsi və konsultasiya verilməsi
• Bank Əməliyyat Sistemində Qarantiya və Akkreditivlərin qeydiyyatını, onlara dəyişikliklərin edilməsini və daxil olmuş tələblərinin qeydiyyatını həyata keçirilməsi və tabeçiliyində olan əməkdaşlar tərəfindən qeydiyyatın aparılmasına nəzarət edilməsi.
• Müştərilərlə və Bank əməkdaşları ilə müsbət və uzunmüddətli inamlı münasibətlərin yaradılmasına dəstək verilməsi
• Şöbəyə məqsədlərin qoyulmasında, qoyulmuş məqsədlərə nail olunmasıda aktiv iştirakin edilməsi

Tələblər:

• Ali təhsil, iqtisadi və/və ya maliyyə olması üstünlük hesab olunur;
• Minimum 3 il təcrübənin olması;
• Sənədli əməliyyatlar barədə biliklərin olması;
• Öz üzərinə məsuliyyət götürə bilmək və detallara diqqətli olmaq;
• Menecerlik qabiliyyətləri, Kredit İdarəsi, Bankın İdarə Heyətinin qərarlarını həyata keçirə bilmək bacarığı;
• Yaxşı təşkilati bacarıq;
• Yaxşı kommunikasiya bacarığı;
• Yaxşı kompüter biliyi;
• Komandada işləmək qabiliyyəti və hazırlığı;
• İşə şəffaf, düzgün və peşəkar münasibət;
• Azərbaycan və İngilis dillərində sərbəst danışmaq və yazmaq bacarığı, rus dillini bilmək üstünlük hesab olunur. Digər dilləri bilmək alqışlanır.

Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi