Şirkət haqqında:
“AzerGold” QSC qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi sahəsində fəaliyyət göstərir.
Vakansiyanın adı: Satış və layihələrin idarəolunması sektorunun baş mütəxəssisi
Əsas vəzifə və öhdəliklər:
• Layihə planlama işlərinin həyata keçirilməsi;
• Lahiyələrin inzibatçılığının xüsusi proqram təminatı vasitəsi ilə avtomatlaşdırılmasına rəhbərlik edilməsi;
• Layihələrin büdcə və vaxt qrafiklərinin icra olunmasına nəzarət edilməsi;
• Layihə üzrə aparılan işlərin Cəmiyyətin digər struktur bölmələri ilə koordinasiya edilməsi;
• Layihələrin gedişatı haqqında rəhbərliyə dövrü hesabatların hazırlanması və təqdim edilməsi;
• Maliyyə modellərinin hazırlanması və təhlili;
• Mədən sənayesi sektorunun təhlil edilməsi, bazar riski və imkanlarının qiymətləndirilməsi;
• Cəmiyyətə məxsus olan bütün məhsulların satışında iştirak, satışla bağlı zəruri işlərin həyata keçirilməsi.
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Analitik düşüncə və riyazi biliklər, hesabat yazma səriştəsi, komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf;
• Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (səlis), Microsoft Office və digər proqramlar
• Fərqli maliyyə alətlərinin işləmə mexanizmləri barədə ümumi bilik.
Tələb olunan təhsil və iş təcrübəsi:
• İqtisadiyyat, maliyyə, mühəndislik ixtisasları üzrə ali təhsil;
• Minimum 3 il müvafiq sahədə iş təcrübəsi.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Satış və layihələrin idarəolunması sektorunun baş mütəxəssisi” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |