Rəqəmsal Bankçılıq üzrə mütəxəssis
Öhdəliklər:
• Rəqəmsal Xidmətlərin inkişafı və təbliğatında aktiv iştirak etmək
• Biznes proseslərin hazırlanması və təkmilləşdirilməsi
• Biznes tərəfdaşlarla yazışmalar
• Analitik məlumatlarla iş, hesabatların hazırlanması
• Bazarın təhlili
Tələblər:
• Ali təhsil (iqtisadiyyat və ya texniki təhsilə üstünlük verilir)
• Müştərilərlə və ya analitik sahədə iş üzrə minimum 1 il təcrübə
• Danışıqlar aparmaq bacarığı, ünsiyyətcillik
• Yüksək səviyyədə azərbaycan, (ingilis və rus dili biliyi arzuolunandır)
• Təşəbbüskarlıq, analitik bacarıqlar, stress vəziyyətlərində özünü idarə etmək qabiliyyəti
• Yeni texnologiyaları öyrənmək və sınamaq həvəsi
• Tapşırıqların həllində çeviklik
• Komanda daxilində məsuliyyətli, yüksək keyfiyyətli işləmək bacarığı və istəyi
• Kreativ düşüncə
Yuxarıdakı tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |