9 C
Baku
Thursday, December 12, 2024

Hüquqşünas – “AzKredit” BOKT

0
Hüquqşünas – “AzKredit” BOKT
09.01.2020

BOKT “AzKredit” MMC Məhkəmə və İcra işləri şöbəsinə Bakı-Sumqayıt regionu üzrə  Hüquqşünas vəzifəsi üçün işçi qəbulunu elan edir.

İş yeri Bakı şəhərində BOKT AzKredit MMC-nin Baş ofisində olacaq.

 Əsas vəzifə və öhdəlikləri:

  • Şöbə müdirinin ümumi nəzarəti və rəhbərliyi altında, əməkdaşlar arasında aparılmış iş bölgüsünə müvafiq olaraq, Azkreditin daxili hüquqi təminat, ekspertiza və təhlil işinin aparmaq;
  • Şöbə müdirinin tapşırığı əsasında AzKreditin hüquq və qanuni maraqlarını məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslərin qarşısında müdafiə etmək;
  • Tərəf-müqabilləri ilə bağlanan müqavilələrin layihələrinin hazırlanması, təqdim edilən müqavilə layihələrinin və digər sənədlərin hüquqi ekspertizasının həyata keçirimək;
  • Kreditlər üzrə yaranmış gecikmələrin və problemlərin həlli məqsədilə məhkəmədən öncə, məhkəmədənkənar və məhkəmə qaydasında işin aparılmasını təmin etmək;
  • Əmək funksiyalarına uyğun AzKredit rəhbərliyinin və Şöbə müdirinin digər tapşırıqlarını yerinə yetirmək;
  • Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin AzKreditin qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;
  • Bütün fəaliyyətini AzKreditin siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək.

Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:

  • Hüquq üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi olanlara üstünlük veriləcək);
  • Hüquqşünas vəzifəsində ən azı 1 illik iş təcrübəsi;
  • Mülki-prosessual hüquq sahəsində və ya kredit borclarının yığılması sahəsində ən azı 1 illik iş təcrübəsi;
  • Mülki, mülki-prosessual, inzibati məsuliyyət, maliyyə-kredit və bank qanunvericiliyini əla bilmək;
  • Azərbaycan dilində yazılı və şifahi olaraq sərbəst ünsiyyət qurmaq bacarığı;
  • Kompüterdə (Outlook, MS Office) sərbəst işləmək;
  • Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri;
  • Təşkilatın missiyasına sadiqlik.

Maraqlı namizədlərdən xahiş olunur ki, CV-lərini 15 Yanvar 2020-ci il tarixinədək e-mail (cv@azcredit.az) vasitəsilə təqdim etsinlər.

E-məktubunuzun mövzu hissəsində ‘Hüquqşünas’ göstərin. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

 

                                                                         

 

 

 

 

 

İşin aid olduğu sahə

KateqoriyaHüquq