1 C
Baku
Saturday, December 14, 2024

Hüquqşünas – AtaSığorta ASC

0
Hüquqşünas – AtaSığorta ASC
10.01.2020

“AtaSığorta” ASC-nin Hüquq Departamentinin hüquqşünas vəzifəsi üzrə vakansiya elan edilir:

İş barədə məlumat

1. Şirkətin hüquqi və qanuni maraqlarının etibarnamə əsasında məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslərin qarşısında müdafiəsinin təmin etmək;
2. Cəmiyyətə daxil olan hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavablar hazırlamaq;
3. Şirkətin fəaliyyəti dövründə subroqasiya hüququ yaradan bütün məsələləri araşdırmaq və həlli işini təşkil etmək;
4. Sığorta hadisəsi ilə əlaqədar zəruri olan məktubları tərtib etmək;
5. Qüvvədə olan qanunvericiliyin tətbiqi sahəsində yaranan mübahisəli məsələlərin araşdırılması məqsədilə aidiyyatı dövlət orqanlarına sorğu vermək;
6. Şirkətlə tərəf-müqabilləri arasında bağlanacaq müqavilələrin layihələrini hazırlamaq, təqdim edilən müqavilə layihələrinin hüquqi ekspertizasını həyata keçirmək.

İş qrafiki: Bazar ertəsi – cümə günləri, saat 09:00-18:00;

Namizədə tələblər

– Kompüter biliyi: MS Windows, MS Office (Excel, Word, Outlook) Səviyyə: Əla
– Məsuliyyətli və işində dəqiq;
– Analitik düşüncə, ünsiyyət bacarıqları, çeviklik;
– İdarəçilik qabiliyyətlərinə malik olmalı, mövcud qanunvericiliyi bilməlidir.
– İş təcrübəsinin olması zəruri deyil.

Uyğun namizədlərdən CV-lərini [email protected] elektron ünvanına “mövzu” hissəsində – vakansiyanın adını qeyd edərək göndərmələrini xahiş edirik.

İşin aid olduğu sahə

KateqoriyaHüquq, Sığorta