22.8 C
Baku
Monday, October 7, 2024

İlkin texniki dəstək üzrə kiçik mütəxəssis – PASHA Bank

0
İlkin texniki dəstək üzrə kiçik mütəxəssis – PASHA Bank
04.02.2020

İlkin texniki dəstək üzrə kiçik mütəxəssis – İnformasiya Texnologiyaları Departamenti

PAŞA Bank İlkin texniki dəstək üzrə Kiçik Mütəxəssis axtarışındadır.

Vəzifənin məqsədi:

Bütün sorğuları qeydiyyata alaraq yüksək səviyyədə xidmət göstərmək.

Vəzifə Öhdəliyi:

– Bütün müştəri sorğuları üçün birinci əlaqəli şəxs olmaq.
– Telefon vasitəsilə texniki dəstək mərkəzinə daxil olan bütün iş ilə bağlı sorğuların qeydiyyatını aparmaq.
– Gündəlik müştəri şikayətlərini (hesabın açılması/parolların yenidən quraşdırılması)/sorğularını qeydiyyata almaq, onlara nəzarət etmək və həll etmək.
– Mərkəzi texniki dəstək sorğu sistemi tərəfindən daxil olan iş ilə əlaqəli sorğulara baxılmasını prioritetləşdirmək.
– Texniki dəstək sistemindən səmərəli və düzgün istifadəni təmin etmək üçün müştərilərə məsləhət vermək.
– Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar olan) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq.
– Hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumat vermək.
– Hər zaman təhlükəsiz, ətraf mühiti qoruyan və çirklənməsinin qarşısını alan qaydada işləmək.
– Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar

Tələb edilən bilik, bacarıq və təcrübə:

• Təhsil: İnformasiya texnologiyaları və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili;
• İş təcrübəsi: müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
• Xarici dil (arzuolunan): İngilis dili, Rus dili;
• Kompüter bilikləri: Microsoft OS və Office;
• Məhsul biliyi: Texniki dəstək sistemi;
• Bazar biliyi: İnzibati / texniki dəstək üzrə təcrübə;
• Digər: Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları, iş yoldaşları ilə effektiv işgüzar münasibət yaratmaq bacarığı.

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini [email protected] elektron ünvanına email-in mövzu hissəsində “İlkin texniki dəstək üzrə Kiçik Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Əks halda sizin namizədliyiniz nəzərə alınmayacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi