2 C
Baku
Saturday, December 14, 2024

Müştərilərə xidmət şöbəsinin təmsilçisi (Call Center) – Modenis LLC eManat

0
Müştərilərə xidmət şöbəsinin təmsilçisi (Call Center) – Modenis LLC eManat
Bakı
02.06.2020

Vəzifə adı: Müştərilərə xidmət şöbəsinin təmsilçisi (Call Center)

İş şəraiti :

1. Ofis daxili.
2. Nahar yeməyi şirkət tərəfindən verilir.
3. Əmək haqqı = 325 – 400 AZN (təcrübəyə əsasən) + aylıq bonus
4. İş rejimi: Həftənin 6 günü
5. Tibbi sığorta
6. İş qrafiki: 11:00-20:00 (dəyişkən ola bilər 08:00-17:00, 17:00-00:00)

Öhdəliklər:

1. Daxil olan şikayətlərin qəbulu, onların işlənməsi və informasiyanın digər müvafiq şöbələrə yönləndirilməsi;
2. Şirkətin əməkdaşlıq etdiyi provayderlər haqqında maksimum informasiyaya və həmçinin müştərilərdə sual doğura biləcək, informasiyaya malik olmaq;
3. Sənədlərin düzgün ( qəbul olunmuş təlimatlara) uyğun olaraq işlənilməsi.
4. İş yerində hər zaman qəbul olunmuş geyim formasında olmaq, səliqəyə riayət etmək;
5. Professional danışıq və nitq mədəniyyəti qaydalarına riayət etmək;
6. Nəzakətli olmaq, telefon etiketi biliklərinə malik olmaq;
7. Kommunikabellilik və səbrli olma bacarığı;
8. Personal kompyuterdə istifadəçi səviyyəsində işləmə bacarığına malik olmaq;
9. Bir tapşırıqdan digərinə tez keçə və adaptasiya olma bacarığı;
10. Daxili fəaliyyət qaydalarına riayət etmək;
11. İş prosesini düzgün icra edə bilmək üçün şirkət tərəfindən istifadə edilən proqram vasitələrindən xəbərdar olmaq və onlardan istifadə etmək;
12. Tələb olunan hesabatları hazırlamaq (şöbə rəhbərinin fərdi tapşırığı əsasında);
13. Müraciətlərə əsasən bəzi provayderlərlə (səlahiyyət çərçivəsində) əlaqə saxlamaq və problemin tez bir zamanda həllinə nail olmaq;
14. Şöbənin digər əməkdaşlarının işdə olmadığı vaxtlarda (nahar fasiləsi, məzuniyyət, ezamiyyət, xəstəlik və digər hallarda) onları əvəz etmək.

Tələblər:

· Ali təhsilli;
· Dil Bilikləri – Azərbaycan və rus dili mütləq mükəmməl səviyyədə bilməli;
· Nitqində qüsur olmamalı;
· Veriləcək proqram təminatı ilə işləmə bacarığı ;
· Verilən tapşırığa adaptasiya olma bacarığı;
· Kollektivə uyğunlaşma bacarığı.

Maraqlananlardan xahiş olunur öz CV lərinizi [email protected] email ünvanına göndərəsiniz.
Göndərilən CV-lərdə mövzu adı yerində “Call Center” yazılmalıdır.

İşin aid olduğu sahə

KateqoriyaƏməliyyatçı