14 C
Baku
Friday, November 15, 2024

Baş iqtisadçı – Azərbaycan Dəmir Yolları QSC

0
Baş iqtisadçı – Azərbaycan Dəmir Yolları QSC
Bakı
27.08.2020

Vakansiyanın adı: Baş iqtisadçı

Vakansiyanın kodu: V200811-3
Vakansiyanın kateqoriyası: Rəhbər
Vakansiyanın aid olduğu struktur vahid: “Azərbaycan Dəmir Yolları” QSC
Vakansiya üzrə struktur: Yük daşımaları departamenti, Yük daşımaları Departamentinin İdarəetmə aparatı, Maliyyə şöbəsi

Ödəniş növü: Vaxtamuzd
İş vaxtının norması: 09:00-18:00 / 5 günlük iş həftəsi
Əmək şəraiti: Ofisdaxili
İş yerinin ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 230

Tələb olunan təhsil istiqaməti/ixtisası: Maliyyə və iqtisadiyyat
Tələb olunan minimum təhsil dərəcəsi: Bakalavriat
Tələb olunan minimum əmək stajı: 4 il
Tələb olunan komputer bilikləri: MS Office-yaxşı

Tələb olunan xarici dil bilikləri:

İngilis-sərbəst
Rus-yaxşı

Vəzifə üzrə tələb olunan biliklər :

– BMHS, iqtisadi planlaşdırma və büdcə üzrə biliklər;
– Maliyyə modelləşdirilməsi, dəyərləndirmə üsulları və maliyyə təhlili üzrə biliklər.
– Tələb olunan vəsiqə və ya sertifikat: ACCA, CFA

Vəzifə öhdəlikləri:

– Departament üzrə daxili cari maliyyə və iqtisadi hesabatların hazırlanmsının təmin edilməsi;
– Departmament üzrə mövcud və yeni layihələrin idarə olunması və onlara nəzarət edilməsi;
– Müxtəlif qiymətləndirmə modellərinin və texniki-iqtisadi əsaslandırmaların hazırlanmasının təmin edilməsi;
– Rəhbərliyə təqdimatların hazırlanmasının təmin edilməsi;
– İnvestisiyaların maliyyə və iqtisadi təhlilinin icra edilməsi;
– Müəssisənin əməliyyat effektivliyinin qiymətləndirilməsi;
– Müəssisə daxilində iqtisadi prosedurların qiymətləndirilməsi ;

– Vəzifə öhdəlikləri ilə əlaqədar olan digər işlərin icra edilməsi.

Vakansiyanın elan olunma tarixi: 11/08/2020

Son müraciət tarixi: 06/09/2020

Müraciət üçün link: https://career.ady.az/Vacation/Get/832#vp

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər