18 C
Baku
Friday, October 4, 2024

İnvestisiya layihələrinin idarə edilməsi üzrə menecer – Azərbaycan Dəmir Yolları QSC

0
İnvestisiya layihələrinin idarə edilməsi üzrə menecer – Azərbaycan Dəmir Yolları QSC
Bakı
27.08.2020

Vakansiyanın adı: İnvestisiya layihələrinin idarə edilməsi üzrə menecer

Vakansiyanın kodu: V200820-2
Vakansiyanın kateqoriyası: Rəhbər
Vakansiyanın aid olduğu struktur vahid: “Azərbaycan Dəmir Yolları” QSC
Vakansiya üzrə struktur: İnvestisiya idarəsi, Layihələrin əlaqələndirilməsi şöbəsi

Ödəniş növü: Vaxtamuzd
İş vaxtının norması: 09:00-18:00 / 5 günlük iş həftəsi
Əmək şəraiti: Ofisdaxili
İş yerinin ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 230

Tələb olunan təhsil istiqaməti/ixtisası: Texniki yönümlü / Mühəndislik / Layihələrin idarə olunması

Tələb olunan minimum təhsil dərəcəsi: Bakalavriat
Tələb olunan minimum əmək stajı: 5 il

Tələb olunan komputer bilikləri:

MS Excel-yaxşı
MS Word-yaxşı
MS Access-yaxşı

Tələb olunan xarici dil bilikləri:

İngilis-sərbəst
Rus-sərbəst

Vəzifə üzrə tələb olunan biliklər :

– Rəhbərlik etdiyi sahənin fəaliyyətini tənzimləyən normativ aktlar və rəhbərliyin əmr, qərar və sərəncamlarına dair biliklər;
– Layihələrin idarə edilməsinin əsaslarına dair biliklər.
– Digər tələb və üstünlük göstəriciləri: Layihələrin idarə olunması üzrə xaricdə təhsil;
– Primavera programına dair biliklər;
– Korporativ loyallıq, operativlik;
– Böyük komandalarla işləmək təcrübəsi;
– Ünsiyyət bacarığı.

Vəzifə öhdəlikləri:

– Şirkət üzrə layihələrin yerinə yetirilməsi üçün zəruri məlumatların toplanılması və təqdimatların hazırlanılması;
– Layihələr üzrə məlumatların təhlili;
– Layihə üzrə aparılan işlərin şirkətin digər struktur bölmələri ilə koordinasiya edilməsi;
– Layihə üzrə aparılan işlərin müəyyən olunmuş norma və standartlara, layihə planına və büdcəsinə uyğunluğunun təmin edilməsi;
– Layihə üzrə zəruri sənədləşmə işlərinin aparılması;
– Ümumi idarəetmə və tapşırıqların/layihə komponentlərinin yerinə yetirilməsi sahəsində təkliflərin verilməsi;
– Müqavilələr üzrə mübahisəli məsələlərin və layihənin icrasında maneələrin müəyyən olunması və aradan qaldırılmasında iştirak edilməsi;
– Xərclərə nəzarət etmək üçün müqavilələr üzrə təklif olunan tədbirlər barədə məlumatın verilməsi;
– Layihələr üzrə ayrılan vəsaitlərin xərclənməsi və işlərin ehtimal olunan dəyəri ilə əlaqədar monitorinqin aparılması;
– Daimi inkişaf üçün müqavilə üzrə işlərin idarə edilməsində köməklik və dəstəyin göstərilməsi;
– Tikinti və ya yenidənqurmanın layihələndirmə standartlarına uyğunluğu, iqtisadi səmərəliliyi üçün tərəqqi hesabatlarına və layihələndirmə təkliflərinə baxılması;
– Tərtib olunmuş müvafiq formalara uyğun aylıq, illik və ya rüblük hesabatların hazırlanması;
– Podratçılar tərəfindən təqdim olunmuş fiziki tərəqqi hesabatlarının analiz edilməsi və layihənin icrası zamanı yaranmış gecikmələrin səbəblərinin araşdırılması.

Vakansiyanın elan olunma tarixi: 20/08/2020
Son müraciət tarixi: 03/09/2020

Müraciət üçün link: https://career.ady.az/Vacation/Get/856#vp

İşin aid olduğu sahə

KateqoriyaDövlət qurumları