15 C
Baku
Friday, November 15, 2024

Aparıcı mütəxəssis (Əməliyyat riskləri üzrə) – Azərbaycan Dəmir Yolları QSC

0
Aparıcı mütəxəssis (Əməliyyat riskləri üzrə) – Azərbaycan Dəmir Yolları QSC
Bakı
27.08.2020

Vakansiyanın adı: Aparıcı mütəxəssis (Əməliyyat riskləri üzrə)

Vakansiyanın kodu: V200821-4
Vakansiyanın kateqoriyası: Mütəxəssis
Vakansiyanın aid olduğu struktur vahid: “Azərbaycan Dəmir Yolları” QSC
Vakansiya üzrə struktur: Strateji və korporativ inkişaf İdarəsi, Risklərin idarə edilməsi şöbəsi

Ödəniş növü: Vaxtamuzd
İş vaxtının norması: 09:00-18:00 / 5 günlük iş həftəsi
Əmək şəraiti: Ofisdaxili
İş yerinin ünvanı:  Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 230

Tələb olunan təhsil istiqaməti/ixtisası: İstənilən
Tələb olunan minimum təhsil dərəcəsi: Bakalavriat
Tələb olunan minimum əmək stajı: 2 il

Tələb olunan biliklər:

– Azərbaycan Respublikası və xarici ölkələrdə risklərin idarə edilməsi üzrə qabaqcıl təcrübəyə dair biliklər;
– Çalışdığı sahənin fəaliyyətini tənzimləyən normativ aktlar, əmr, qərar və sərəncamlara dair biliklər;
– İqtisadiyyat, idarəetmə, əmək qanunvericiliyi və marketinqin əsaslarına dair biliklər;
– Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydalarına dair biliklər.

Tələb olunan komputer bilikləri:

MS Office-yaxşı
MS Excel-sərbəst
MS Outlook-sərbəst

Tələb olunan xarici dil bilikləri :

İngilis-yaxşı
Rus-yaxşı

Digər tələb və üstünlük göstəriciləri:

Magistr dərəcəsi;
Python və SQL üzrə biliklər;
Nəzarət etmək qabiliyyəti, yüksək ünsiyyət qurmaq bacarığı, kollektivlə işləmək bacarığı;
Risklərin idarə edilməsi sahəsi üzrə beynəlxalq sertifikatlar;
Son iki işlədiyi qurum rəhbərindən tövsiyə məktubu arzuolunandır.

Vəzifə öhdəlikləri:

– Risklərin müəyyən edilməsi və qiymətləndirilməsi metodlarının hazırlanması;
– Risk özünü qiymətləndirmə alətinin tətbiqi;
– Təşkilatda aparılan biznes proseslərinin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədilə monitorinqlərin həyata keçirilməsi və təkliflərin verilməsi;
– mRisk matrisasının hazırlanması və dövri olaraq yenilənməsi;
– Daxili normativ sənədlərin, məhsul və prosesslərin, risk nəzarət mexanizmlərinin nəzərdən keçirilməsi və müvafiq rəyin verilməsi;
– Stress testlərin keçirilməsi və ssenari analizlərinin aparılması;
– Əməliyyat risklərinin idarə edilməsi prosesində risk indikatorlarına dair məlumatların toplanması, təhlillərin həyata keçirilməsi və lazımi hesabatların tərtib olunması;
– Daxili insident menecment sisteminin yaradılması üçün təkliflər verilməsi və həyata keçirilməsi;
– İnsident menecment sistemdə qeyd olunmuş məlumatların struktur bölmələrdən toplanılması, səbəblərin araşdırılması və təhlili;
– Təşkilatda risk mədəniyyətinin yüksəldilməsi məqsədilə maarifləndirmə işlərinin həyata keçirilməsi;
– Əməliyyat risklərinin idarə edilməsində analitik, təhlil yönümlü yanaşmalardan istifadə edilməsi;
– Əməliyyat risklərinin idarə olunması, minimallaşdırılması və qarşının alınması ilə bağlı təkliflərin verilməsi;
– Risklərin idarə edilməsi sisteminin avtomatlaşdırılması ilə əlaqədar təkliflərin hazırlanması.

Vakansiyanın elan olunma tarixi: 21/08/2020
Son müraciət tarixi: 06/09/2020

Müraciət üçün link: https://career.ady.az/Vacation/Get/860#vp

İşin aid olduğu sahə

KateqoriyaDövlət qurumları