“Dövlət Məşğulluq Agentliyi” publik hüquqi şəxs “Zayqon Kaspian Konsaltinq” MMC ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə İSO 37001:2016 Beynəlxalq Standartın tələblərinin tətbiqi üzrə məsləhət xidmətlərinin göstərilməsinə dair xidmətlərin satınalınması nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği isə 48 min manatdır.
Qeyd edək ki, “Zayqon Kaspian Konsaltinq” MMC 2004-cü ildə Azərbaycanda dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 2 000 manatdır və qanuni təmsilçisi Gülnarə Rüstəmovadır.