1 C
Baku
Saturday, December 14, 2024

Daxili audit üzrə mütəxəssis – PMD Hospitality LLC

0
Daxili audit üzrə mütəxəssis – PMD Hospitality LLC
Bakı
08.12.2020

Vəzifə: Daxili audit üzrə mütəxəssis
Şöbə: Daxili audit
Tabeçilik: Daxili audit meneceri
İşəgötürən: “PMD Hospitality” MMC
Ünvan: Neftçilər prospekti 153, PBT

Otel, sanatoriya, restoran və akvapark tipli müəssisələrin idarə etməsi ilə məşğul olan PMD Hospitality MMC, əməkdaşlar üçün geniş öyrənmə imkanları və digər imtiyazlar təklif etməklə ən yaxşı iş mühitini təklif edir.

Vəzifə öhdəlikləri:

– Audit plan əsasında daxili audit yoxlamalarını həyata keçirmək;
– Yoxlama prosesinin düzgün sənədləşdirilməsini həyata keçirmək;
– Şirkətdə yaranacaq qabaqcıl təcrübələrin qiymətləndirilməsini aparmaq və rəy bildirmək;
– Aparılan yoxlamaların nəticələri haqqında hesabat və təqdimat materiallarının hazırlanması;
– Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtı-vaxtında icra etmək.

Namizədə tələblər:

– Ali təhsil ( iqtisadi və yaxud otelçilik sahəsi üzrə ali təhsil üstünlük hesab edilir);
– Rus və ingilis dili bilikləri arzu olunandır;
– Kompüter bilikləri: 1C (üstünlükdür), Microsoft Office: xüsusən word, excel və power point proqramları;
– Otelçilik (xüsusən maliyyə mütəxəssisi, “Xərclər üzrə mühasib”, “Gəlirlər üzrə auditor”, mühasib və s. kimi oxşar vəzifələr) sahəsində minimum 1 il iş tərcübəsi;
– Daxili və yaxud xarici audit sahəsində iş təcrübəsi böyük üstünlükdür;
– Beynəlxalq Maliyyə Uçotu Standartları barədə minimal biliklərin olması;
– Yerli vergi və maliyyə uçotu sahəsində ümumi biliklər;
– Ölkədaxili rayonlara mütəmadi səfərlərə hazır olmaq;
– İşə planlı yanaşma, yüksək ünsiyyət bacarığı;
– Analitik düşüncə və analiz qabiliyyətinin olması.

İşçinin təminatları:

– Dünyanın məşhur otel brendlərində təcrübə qazanmış peşəkar kollektivdə iş imkanı;
– PMD Hospitality MMC-nin tabeliyində olan çoxsaylı otellərdə və SPA mərkəzlərində maksimal endirim imkanı;
– PMD Group MMC-nin tabeliyində olan müxtəlif sənaye müəssisələrində karyer davamı imkanı;
– Təlim və inkişaf proqramlarında iştirak imkanları;
– Tibbi sığorta;
– Mobil telefon və korporativ nömrə;

İşə müraciət üçün elektron poçt ünvanımız: [email protected]

CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edin. Sadəcə vəzifə adı qeyd olunan CV-lərə daha çox üstünlük veriləcəkdir.

Son müraciət tarixi: 07 yanvar 2020-ci il

İşin aid olduğu sahə

KateqoriyaAuditor