İnsan resursları üzrə aparıcı mütəxəssis
Əsas tələblər:
– Minimum təhsil dərəcəsi: Bakalavriat
– Kompüter bilikləri: MS Office – əla;
– Dil bilikləri: İngilis – yaxşı, Rus – yaxşı;
– Təcrübə: İnsan Resursları sahəsi üzrə ən azı 3 il iş təcrübəsi;
– İnsan resurslarının idarə edilməsi üzrə xüsusi ilə işə qəbul (Recruitment), performansın idarə edilməsi (Performance Managament), talantların idərəedilməsi (Talant Managament), iş gücünün planlaşdırılması (Workforce planning) kimi sahələrdə nəzəri və praktiki biliklər;
– Əmək qanunvericiliyi üzrə mükəmməl səviyyədə nəzəri və praktik biliklər;
– Planlaşdırma, Proqnoz və hesabatların tərtib edilməsinə dair praktiki biliklər;
– Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair biliklər.
Fərdi keyfiyyət göstəriciləri:
– Diqqətlilik;
– İntizamlılıq;
– Yenilikçi və proaktiv yanaşma;
– Komanda işi;
– Etibar yaratma;
– Keyfiyyət yönümlülük;
– Məqsəd yönümlülük;
– Nəticə yönümlülük;
– Fərdi inkişaf və peşəkarlığa yönümlülük;
– Araşdırma, təhlil, müqayisə və qərar vermək;
– Motivasiya;
– Ünsiyyət qurma.
Digər tələb və üstünlük göstəriciləri:
– İqtisadiyyat, idarəetmə, mühəndislik, yaxud psixologiya sahəsində ali təhsil;
– İnsan resursları sahəsində beynəlxalq və ya yerli sertifikat;
– Rus və ingilis dillərində fikrini sərbəst ifadə etmək və ədəbiyyatlardan istifadə etmək.
İş barədə:
– İnsan resurslarının fəaliyyət istiqamətləri və funksiyaları (Planlaşdırma, işə qəbul, təlim və karyera, kadr inzibatçılığı və s.) üzrə nəzərdə tutulan işlərin tətbiq edilməsi üçün prosedur və proseslərin hazırlanmasında iştirak;
– İnsan resurslarının planlaşdırılması, işə qəbul, adaptasiya, təlim və karyera, xidməti fəaliyyətin qiymətləndirilməsi və s. kimi insan resurslarının idarə edilməsi funksiyalarının icrası:
– İnsan resurslarının panlaşdırılması ilə əlaqədar kəmiyyət və keyfiyyət göstəriciləri üzrə işlərin icrası və hesabatların hazırlanması;
– İşə qəbul prosesinin təşkili, işçi tələbi və namizəd seçimi prosesinin idarə edilməsi;
– Təlim ehtiyaclarının müəyyən edilməsi və təlimlərin təşkil edilməsi;
– İşçilərin xidməti fəaliyyətlərinin qiymətləndirilməsi məqsədi ilə müvfiq işlərin təşkili və nəticələri üzrə hesabatların hazırlanması;
– İşçilərin motivasiyasının yüksəldilməsi məqsədi ilə motivasiya vasitələri üzrə proqramların hazırlanması və tədbirlərin təşkil edilməsi;
– Əmək haqqının hesablanması üzrə işlərin icrası.
– Əmək qanunvericiliyindən irəli gələn sənədləşmə və kadr-uçot işinin aparılması;
– Kadrlar üzrə müvafiq hesabatların tərtib edilməsi və aidiyyəti üzrə tələb olunan yerə vaxtında təqdim edilməsi;
– Rəhbərliyə aylıq görülmüş işlər barədə hesabatın verilməsi;
– Şöbənin gündəlik fəaliyyətilə əlaqədar digər zəruri işlərin icra edilməsi.
İş vaxtının norması:
– 09:00-18:00 / 5 günlük iş həftəsi
Vəzifə üzrə əmək haqqı:
– Namizədin bilik və bacarığına uyğun olaraq
Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “İR üzrə aparıcı mütəxəssis” yazmaqla [email protected] mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Babək “Sirab” ASC haqqında:
“Sirab” mineral su yatağından sənaye məqsədilə istifadəyə XX əsrin 50-ci illərindən başlanmışdır. İlk dəfə olaraq yatağın su ehtiyatları hesablanmış və 1968-ci ildə Moskvanın Dövlət Ehtiyatlar Komissiyasında təsdiq edilmişdir. Aşkar olan mineral suların bazası əsasında 1968-ci ildə Azərbaycanda ən böyük mineral sudoldurma zavodu istifadəyə verilmişdir. Sovet İttifaqı dağıldıqdan bir müddət sonra Ümummilli dahi liderimiz Heydər Əliyev cənablarının Azərbaycan Respublikasında sahibkarlığa göstərdiyi qayğının nəticəsində 2003-cü ildə “Sirab” mineral sular zavodu Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Babək “Sirab” ASC bir sıra Avropa, Rusiya və Türkiyə firmaları ilə əlaqə yaradaraq yeni müasir avadanlıqlar almışdır.
Daha ətraflı..
https://www.sirab.az/haqqinda.aspx
İşin aid olduğu sahə
Kateqoriya | İnsan Resursları (HR) |