5 C
Baku
Saturday, December 14, 2024

Kiçik və orta biznes müştəriləri üzrə Kiçik mütəxəssis/Mütəxəssis/Aparıcı /Baş mütəxəssisi – Yelo Bank

0
Bakı
24.02.2021

İyirmi yeddi ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəssislərə iş imkanları təqdim edir.

Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz işimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda Kiçik və orta biznes müştəriləri üzrə Kiçik mütəxəssis/Mütəxəssis/Aparıcı mütəxəssis/Baş mütəxəssisi vakansiyasını elan edirik. Gələcək karyera imkanlarınızı doğru şəkildə qurmaq istəyirsinizsə, Yelo bank sizə bu arzunuzu reallasdırmağa dəstək olacaq.

Siz elektron poçtun “mövzu” yerinə “SME_Mütəxəssis” qeyd etməklə öz tərcümeyi-hallarınızı (CV-lərinizi) [email protected] ünvanına göndərə bilərsiniz.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.yelo.az

Struktur: Kiçik və orta biznes müştəriləri departamenti
Vəzifə: Kiçik mütəxəssis/Mütəxəssis/Aparıcı mütəxəssis/Baş mütəxəssis
Bilavasitə tabeçiliyi: Departament rəhbəri

Vəzifə öhdəlikləri:

• Biznes müştərilərin bankın məhsul və xidmətlərinin xüsusiyyətləri və üstünlükləri barədə məlumatlandırılması;
• Bankın məhsul və xidmətlərinin biznes müştərilərə satışının həyata keçirilməsi;
• Digər bank məhsullarını bilmək və onları öz potensial müştərilərinə tövsiyyə etmək, müştərinin məhsullarla maraqlandığı təqdirdə onu həmin məhsul üzrə məsul mütəxəssisin müvafiq departamentinə müşaiyət etmək;
• Biznesin olduğu yerə məcburi baxış (tələb olunursa) keçirilməklə və maliyyə-təsərrüfat fəaliyyəti qiymətləndirilməklə potensial müştərilərin maliyyə-iqtisadi təhlilinin aparılması;
• Banka həm kredit, həm də qeyri kredit məhsulları üzrə yeni müştəriləri cəlb etmək, fərdi kredit və qeyri-kredit portfelini yaratmaq və onun yüksək keyfiyyətini qoruyub saxlamaq;
• Kreditlərin verilməsi və qeyri-kredit məhsullarının satışı üzrə fərdi planları yerinə yetirmək;

Tələblər:

• AR-in banklar və bank fəaliyyəti haqqında qüvvədə olan qanunvericiliyi, AR MB-nın filialların və kredit təşkilatlarının bölmələrinin fəaliyyət məsələləri üzrə normativ sənədləri, əmək qanunvericiliyi haqqında biliklər;
• Ali təhsil (İqtisadi və riyazi təhsilə üstünlük veriləcəkdir);
• Microsoft Office proqramlarından (Word, Excel, PowerPoint) istifadə etmək bacarığı;
• Maliyyə və mühasibatlıq hesabatları formaları üzrə biliklər, onları təhlil etmək və kollegial orqanlara təqdim etmək üçün zəruri analitik materialların hazırlanması bacarığı;
• Bank sisteminin quruluşu və bank işinin əsasları haqqında bilik.

İş müddətində əldə edəcəksiniz:

• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
• Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun əmək haqqı və iş qrafiki
• Korporativ idarəetmə, bank işi və müvafiq istiqamət üzrə peşə bilikləri

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi