9 C
Baku
Thursday, December 12, 2024

Maliyyə meneceri – İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi

0
Maliyyə meneceri – İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
Bakı
05.04.2021
Vakansiya haqqında məlumat:

 

“Maliyyə meneceri”vəzifəsinə vakansiya

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “Maliyyə meneceri” vəzifəsinə vakansiya elan edir:

Öz peşəkar qabiliyyətlərinə güvənən, bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Respublikasında aparılan iqtisadi islahatların daha da genişləndirilməsi və onların müntəzəmliyinin təmin edilməsi, stimullaşdırıcı mexanizmlərdən və innovasiyalardan istifadə edilməsi, yeni konseptual yanaşmaların tətbiqi, mövcud iqtisadi potensialdan və əlverişli investisiya mühitindən daha səmərəli istifadə edilməsi istiqamətində ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini vermək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-ni 28 mart 2021-ci il tarixinədək [email protected]  elektron ünvanına göndərə bilərlər.

Elektron məktubun mövzu hissəsində müraciətin məqsədini “Vakansiya_maliiyə_meneceri” şəklində göstərmək xahiş olunur. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Vakansiyaya qoyulan tələblər:

Vəzifə öhdəlikləri:

  1. Mərkəz tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarəti, operativ məlumatların təqdim edilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsini, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu və hesabatının məlumatları üzrə Mərkəzin maliyyə təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini təmin etmək;
  2. Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, iş və xidmətlərin yerinə yetirilməsini təşkil etmək.
  3. Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil etmək;
  4.  Əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu vəsaitləri, banklara ssudalar üzrə borcların qoyulan vaxt ərzində verilməsi, tələbat fonduna və digər ehtiyat fondlarına ayırmaları tərtib etmək;
  5. Mərkəzin saxlanılmasına smeta xərclərinin layihəsinin tərtib edilməsinə rəhbərlik etmək, həmin layihənin Maliyyə Nazirliyinə göndərilməsi üçün rəhbərliyə təqdim edilməsi və baxılarkən müdafiəsini təmin etmək;
  6. Mərkəzin saxlanılması xərclərinin maliyyələşdirilməsi üzrə təsdiq olunmuş xərc cədvəlinə (maliyyə planına) müvafiq olaraq kredit açılmasının təmin edilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsinə rəhbərlik etmək;
  7. Mərkəzin maliyyə və təsərrüfat fəaliyyətinə dair statistik və digər hesabatların tərtib edilməsini, həmin hesabatların aidiyyəti üzrə digər orqanlara təqdim olunmasını, Mərkəzin maliyyə və təsərrüfat məsələləri ilə əlaqədar digər təşkilatlarla yazışmaların hazırlanmasını və onların göndərilməsini təşkil etmək;
  8. İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanılması və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət etmək;
  9. Pul vəsaitləri və mal-material qiymətlilərinin çatışmazlıqları və mənimsənilməsi haqqında sənədlərin tərtibində iştirak edir, lazımi hallarda müvafiq işlərin hüquq-mühafizə orqanlarına verilməsinə nəzarət etmək;
  10. Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsi işlərini görür.
  11. Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət etmək;
  12. Mərkəzin inzibati binasının və digər tikililərinin mühafizəsinin təşkil olunmasını, cari və əsaslı təmir işlərinin aparılması üçün lazımi işlərin  yerinə yetirilməsini təmin etmək;
  13. Təsərrüfat və təchizat işləri üzrə müvafiq idarə, müəssisə və təşkilatlarla müqavilələrin bağlanması işlərinin təşkil edilməsini, həmçinin bu müqavilələr üzrə şərtlərin, öhdəliklərin icraçı təşkilatlar tərəfindən yerinə yetirilməsini, görülmüş işlərin və göstərilmiş xidmətlərin qəbul edilməsini həyata keçirmək;
  14. Mərkəzin xidməti avto nəqliyyat vasitələrindən istifadə olunmasına nəzarəti, onların təmirini, dövlət yol polisi orqanlarında qeydiyyatdan keçirilməsini və icbari sığortasını təmin etmək;
  15. Mərkəzin inzibati binasının və digər tikililərin mühafizəsinə, yanğın təhlükəsizliyi texnikasının tələblərinə uyğun olaraq müvafiq qaydalara, inzibati binanın və digər tikililərin təmizliyinə, elektrik enerjisinə, yanacağa və içməli suya qənaət rejiminə ciddi riayət olunmasına nəzarəti yerinə yetirmək;
  16. Maliyyə vəziyyəti,  mənfəət və zərər,  pul vəsaitlərinin hərəkəti, kapitalda dəyişikliklər və öhdəliklər haqqında hesabatları hazırlamaq;
  17. İllik büdcə proqnozlarının vermək və hazırlamaq;
  18. Dövlət satınalmalarında tender və kotirovka keçrilməsinə köməklik etmək;
  19. Dövlət Xəzinədarlığ Agentliyinin yerli orqanı ilə büdcə əməliyyatlarını aparmaq;
  20. Mərkəzinin Nizamnaməsinə uyğun olaraq departamentin fəaliyyəti ilə əlaqədar digər vəzifələri yerinə yetirmək.

Təhsil və ixtisas tələbləri: Iqtisadiyyat, maliyyə, mühasibat uçotu və idarəetmə ixtisas istiqamətləri üzrə ali təhsil

Staja dair tələb: müvafiq sahədə ən azı 5  il  iş təcrübəsi;

Kompüter biliklərinə dair tələblər: (MS Offıce, xüsusilə Excel, Internet) – yaxşı səviyyədə,

1C  8.3 proqramından istifadəni mükəmməl səviyyədə bilməli.

Dil bilikləri: azərbaycan – yüksək səviyyədə, ingilis dili bilikləri (minimal danışıq bilikləri, zəruri sənədlərin oxunması və tərcüməsi);

Xüsusi bacarıqlar:

e-gov.az, .e-taxes.gov.az və digər portallardan istifadə etmək bacarığı;

Diqqətlilik, ünsiyyət qurma bacarığı, dünyagörüşü, komandada işləmək bacarığı, problemi həll etmək və qərarvermə qabiliyyəti.

İşin aid olduğu sahə

KateqoriyaDövlət qurumları, Menecer