10 C
Baku
Thursday, December 12, 2024

Mühasib – Prior Leasing

0
Mühasib – Prior Leasing
Bakı
13.04.2021

Prior Leasing” şirkəti 2014-cü ildə Azərbaycan vətəndaşları olan fərdi sahibkarlar tərəfindən təsis edilmişdir. Şirkət ölkənin bütün regionlarında müştərilərinə rahat və operativ xidmət göstərmək məqsədilə, yeni filialların yaradılmasına və iş prosesində innovativ texnologiyaların istifadəsinə üstünlük verir.

Vəzifə: Mühasib (mütəxəssis)

İşin təsviri:

– Gündəlik olaraq E-Gov.Az portalindan yeni gələn YGB-lərin işlənməsi.
– İdxal olunan malların maya dəyərinin hesablanması.
– Satış qiymətinin təyin edilməsi və sistemə daxil edilməsi.
– GNİ əməliyyat sisteminə idxal olunan malların işlənməsi, xərclərin əlavə edilməsi.
– Yeni malların faktiki anbar qalığına əlavə edilməsi.
– Satılmış mallar üzrə TTA və buraxılış vərəqəsinin tərtib olunması, təhvil verilmiş mallar üzrə GNİ əməliyyat sistemində gəlir xərcin tanınması və Faktiki anbar qalığından həmin malların silinməsi.
– Satılan mallar üçün e-qaimənin yazılması və Vergi Kargüzarlığına daxil edilməsi.
– Aylıq satış hesabatların hazırlanması.
– Anbarlararası yerdəyişmənin təşkili.

Namizədə dair tələblər:

– Maliyyə və Mühasibatlıq sahəsində ali təhsil;
– Mühasibatlıq üzrə ən azı 3 il iş təcrübəsi (istehsal, ticarət, inşaat);
– MS Office (xüsusilə MS Excel), 1c 7.7 və 1c 8.3, BTP proqramları ilə sərbəst şəkildə işləmək bacarığı;
– GNİ Sistemi, E-taxes.gov.az, e-gov.az (YGB izlənilməsi), Bitrix24, Azpetrol, Google sheet faktiki anbar qalığı cədvəli;
– Vergi qanunvericilikləri üzrə məlumatlı;
– Azərbaycan və Rus dilləri- sərbəst;
– İşgüzar, məsuliyyətli, ünsiyyətcil və təzyiq altında işləməyi bacaran;

İş qrafiki:

– 6 günlük iş həftəsi
– Ünvan: Çinar Park B/M, Əhməd Rəcəbli 1/25
– Əmək haqqının miqdarı namizədin malik olduğu bacarıq və biliklərə görə dəyişir

Maraqlanan namizədlər mövzu yerində “Mühasib (mütəxəssis)” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.

QEYD: İşə qəbul proseduruna uyğun olaraq vakansiya üzrə namizəd seçimi testləşdirmə və bir neçə mərhələdən ibarət olmaqla müsahibə əsasında həyata keçirilir.

İşin aid olduğu sahə

KateqoriyaLizinq