10 C
Baku
Thursday, December 12, 2024

Avans hesabatı üzrə mühasib – Superfon

0
Avans hesabatı üzrə mühasib – Superfon
Bakı
31.05.2021

Haqqımızda:

2008-ci ildə yaradılmış SUPERFON şirkətinin əsas fəaliyyət istiqaməti Mobil Telefon, Aksesuar və Ehtiyyat hissələrinin Azərbaycanın bütün şəhər və regionlarında topdan və pərakəndə satışının həyata keçirilməsindən ibarətdir. Əgər siz də, öz sektorunun lideri olan bir şirkətdə karyeranızı qurmaq və ya davam etdirmək istəyirsinizsə, sizləri peşakar komandamıza qoşulmağa dəvət edirik.

Vəzifə: Avans hesabatı üzrə mühasib

İşin təsviri

• Təhtəlhesab şəxslər tərəfindən alınan avansların təyinatından asılı olaraq müəyyən olunmuş iş günləri müddətində onların xərclənməsi barədə mühasibatlığa avans hesabatı təqdim edilməsinə və xərclənməyən pul qalığını kassaya qaytarılmasına nəzarət;
• Ezamiyyə məqsədləri üçün verilən avans məbləğləri üzrə avans hesabatları təhtəlhesab şəxs ezamiyyətdən qayıtdıqdan sonra onun tərəfindən 3 iş günü müddətində mühasibatlığa təhvil verilməsinə nəzarət;
• Təhtəlhesab şəxsdən avans hesabatına aid xərcləri təsdiq edən bütün sənədlərin (NKA çekləri, qaimə-fakturalar, biletlət, qəbzlər və s.) təhvil alınması;
• Avans hesabatına əlavə edilmiş sənədlərin, avansın təyinatı üzrə xərclənməsinin və avans hesabatının özünün düzgünlüyünün yoxlanması, imza edilməsi və təsdiq edilməsi üçün baş mühasibə təqdim edilməsini təmin etmək;
• Rəhbərlik tərəfindən verilən digər tapşırıqlar;

Namizədə tələblər

• Ali təhsil (Mühasibat və ya maliyyə ixtisası üzrə);
• Analoji sahədə 2 il iş təcrübəsi;
• MS Office (Word, Excel) və 1C 8.3 proqramında sərbəst işləmək təcrübəsi;
• Məsuliyyətli və işində dəqiq olmaq;
• Analitik təhlil etmə qabiliyyəti;

Təminatlar:

• Nahar ilə təmin edilmə;
• Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
• 5 gün tam,şənbə günü isə natamam iş qrafiki;
• Korporativ mobil nömrə;

Əmək haqqı bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.

Müraciət qaydaları:

CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını “Avans hesabatı üzrə mühasib” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

Son müraciət tarixi 28.06.2021

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər