“Hazırda koronavirusun “Delta” ştammı azı 96 ölkədə mövcuddur və peyvənd olunmayanlar arasında sürətlə yayılır.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus brifinqdə bildirib.
Onun sözlərinə görə, “Delta” müəyyən edilmiş COVID-19-un ən yoluxucu variantıdır: “Koronavirusun yayılmasının qarşısını almaq üçün bütün mövcud vasitələrdən istifadə etməliyik”.