Satış üzrə mütəxəssis
“PARABOKT” ASC (Bakı, Ağdaş, Mingəçevir, Göyçay, Yevlax, Xaçmaz, Goranboy, Qəbələ, Lənkəran, Astara filialları) Satış üzrə mütəxəssis vəzifəsinə işçi qəbulu elan edir. PARABOKT sizə uğurlu karyera qurmaq və şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır.
Əsas vəzifələr:
– Aktiv satış təbliğatının aparılması və potensial müştərilərin axtarışı;
– Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq;
– Müştəri müraciətlərini qəbul etmək, təhlil etmək, kredit komitəsinə çıxarmaq və rəsmiləşdirmək;
– Yeni kredit məhsulları və satış metodları təklifləri ilə bağlı təşəbbüskarlıq göstərmək;
– Müştərilərin uzun müddətli əməkdaşlığını təmin etmək məqsədi ilə operativ xidmət göstərmək, daxil olmuş tələb və şikayətləri yerində araşdırmaq;
– Daxil olan kredit analiz müraciətlərinin vaxtında icra olunmasını və Kreditləşdirmə üçün lazımi sənədlərin tərtibatını təmin etmək.
Namizədə olan tələblər:
– Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
– Ali təhsil/ natamam ali təhsil;
– Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
– Cins: kişi (arzuolunandır)
– Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi) və lombardlarda işləyən namizədlərə üstünlük verilir
– Yüksək ünsiyyətqurma və müştərilərlə işləmək qabiliyyəti;
– Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
• Bazar ertəsi – Cümə: 09:00 – 18:00
• Şənbə: 10:00-16:00
Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini “Satış üzrə mütəxəssis” başlığı ilə [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur.
Qeyd edək ki yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Bundan əlavə, göndərilən bütün CV-lər məxfi məlumat bazasına daxil edilir.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |