12 C
Baku
Thursday, November 14, 2024

Beynəlxalq ticarət bankçılığı şöbəsinə aparıcı /baş mütəxəssis – Ziraat Bank Azərbaycan

0
Beynəlxalq ticarət bankçılığı şöbəsinə aparıcı /baş mütəxəssis – Ziraat Bank Azərbaycan
Bakı
22.11.2021

Vəzifəyə olan tələblər:

  • Ali təhsil (iqtisadiyyat və maliyyə sahəsində ali təhsil arzu olunandır);
  • Müvafiq sahədə 5 ildən artıq iş təcrübəsi;
  • Yüksək analitik qabiliyyət;
  • Korporativ müştəri cəlb etmə (satış) təcrübəsi;
  • Yüksək kommunikasiya bacarıqları;
  • Biznes bankçılığı məhsulları haqqında məlumatlı olması;
  • Mükkəmməl Azərbaycan dili və İngilis dili bilikləri (Türk və Rus dillərini də bilməsi arzu olunandır).

Əsas vəzifələr:

  • Ticarətin maliyyələşdirilməsi üzrə alətlərə maraq göstərən potensial müştərilərin cəlb edilməsi;
  • Potensial müştərilərin ticarətin maliyyələşdirilməsi üzrə hansı alətlərə tələbatlarının olmasını müəyyənləşdirmək;
  • Ticarətin maliyyələşdirilməsi üzrə prosedurların, müqavilələrin və həmçinin digər işlək sənədlərin hazırlanması, razılaşdırılması və eyni zamanda təsdiqlənmək üçün təqdim edilməsi;
  • Ticarətin maliyyələşdirilməsinə dair əməliyyatlara baxılması və icra olunması üçün bankın müvafiq bölümlərinin koordinasiya olunması;
  • İxrac və idxal akkreditivləri, bank qarantiyaları mətnlərinin hazırlanması və tərəflər ilə razılaşdırılması;
  • Sənədli əməliyyatlar ilə bağlı banka daxil olan tamamlanmış tələblərin yoxlanılması və rəy bildirilməsi;
  • Müştərilərin bank zəmanətləri, akkreditivlər, digər sənədli əməliyyatların, idxal öncəsi və  sonrası maliyyələşdirmə sorğularının emal edilməsi;
  • Müxbir banklar ilə və İxrac – Kredit Agentliyi ilə danışıqlıqların aparılması;
  • Müştəri Xidmətləri mütəxəssisləri ilə birlikdə sənədli əməliyyatların satışının təşkil olunması.

Göstərilən tələblərə cavab verən namizədlər Dekabr ayının 31-dək öz CV formalarını təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Beynəlxalq Ticarət Bankçılığı” qeyd edilməsi vacibdir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. 

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi