7 C
Baku
Thursday, December 12, 2024

Şəbəkə inzibatçısı – Dövlət Məşğulluq Agentliyi

0
Şəbəkə inzibatçısı – Dövlət Məşğulluq Agentliyi
21.01.2022

Vəzifə funksiyaları:

  • LAN/WAN şəbəkəsi və İT infrastrukturunun dizaynı, quraşdırılması və yaranan problemlərin aradan qaldırılması;
  • Şəbəkə avadanlıqlarının (Cisco router, switch, və s.) funksionallığının maksimum səviyyədə artırılması, təhlükəsizlik üçün ətraflı icra planlarının hazırlanması;
  • Router, Switch və Fierwall-ların Agentliyin təhlükəsizlik standartlarına uyğun olaraq konfiqurasiya edilməsi;
    Şəbəkə problemlərinin müəyyən edilərək həll edilməsi;
  • Monitorinq sistemi vasitəsilə infrastruktur elementlərinin konfiqurasiyası və monitorinqinin aparılması;
  • Şəbəkənin yüklənilməsi və trafikin optimallaşdırılması;
  • Avadanlıq və proqram təminatı sistemləri, o cümlədən yeni sistemlərin quraşdırılması və sənədləşdirilməsi;
  • İT prosedurları və siyasəti çərçivəsində digər öhdəliklərin icra edilməsi.

Vəzifənin tutulmasına dair tələblər: 

  • Ali təhsil (Müvafiq sahə üzrə olmağı üstünlükdür);
  • Şəbəkələrin idarə olunması sahəsində ən az 3 il iş təcrübəsi;
  • “Microsoft Office” proqramları (yaxşı səviyyədə);
  •  VPN texnologiyaları ilə iş bacarığı (DMVPN, İPSec, RA VPN);
  • Firewallarla iş təcrübəsi (Cisco ASA, Palo Alto);
  • Müxtəlif istehsalçıların şəbəkə avadanlıqları ilə işləmək qabiliyyəti;
  • LAN/WAN texnologiyaları üzrə mükəmməl bilik;
  • Cisco (Router, Switch və Fierwall, Volp) avadanlıqları üzrə konfiqurasiya, sazlanma və quraşdırılma üzrə iş təcrübəsi (CCNA/CCNP sertifikatı).

Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar: 

  • Məsuliyyətlilik;
  • Problem həlletmə bacarığı;
  • İnkişaf yönümlü və innovativlik;
  • Operativlik, çeviklik;
  • Təşəbbüskarlıq;
  • Nəticəyə hədəfli;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Şəbəkə inzibatçısı” qeyd etməklə göndərmələri xahiş olunur.

Həmçinin CV-lərinizi https://www.cvyarat.az/ platformasında da yaradaraq göstərilən vakansiyaya müraciət edə bilərsiniz.

İşin aid olduğu sahə

KateqoriyaDövlət qurumları, İT