9 C
Baku
Friday, December 13, 2024

Məsul aktuari – AtaSığorta

0
Məsul aktuari – AtaSığorta
Bakı
18.05.2022

“AtaSığorta” ASC vakansiya elan edir!

Vəzifə: Məsul aktuari

Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi): Həftədə 5 gün, 09:00-18:00
Son müraciət tarixi: 10 iyun 2022

Vəzifə Öhdəlikləri:

  • Qanunla müəyyən edilmiş sığorta siniflərinin təsnifatına müvafiq olaraq sığorta risklərinin tədqiqi və sistemləşdirilməsi;
    • Maliyyə sabitliyi və ödəmə qabiliyyəti ilə bağlı sığortaçının gündəlik vəziyyətinin nəzarətdə saxlanılması;
    • Sığorta tariflərinin hesablanmasının təmin edilməsi, müvafiq qaydada modelllərin təkmiləşdirilməsi ilə bağlı rəylərin verilməsi və nəticələrin analizinin aparılması;
  • Yeni sığorta xidmətləri və məhsulları ilə bağlı hesablamaların aparılması və təkliflərin hazırlanması;
    • Sığorta məhsulunun xarici və daxili sığorta bazarında vəziyyətinin araşdırılması, müvafiq sığorta məhsullarının hazırlanmasında iştirak edilməsi, yerli bazar şəraitini nəzərə alaraq, hazırlanacaq yeni məhsulun üzləşə biləcəyi risklər barədə rəy bildirilməsi;
    • Tələb olunan kapitalın məbləği, məcmu kapitalın məbləği, sığortaçının öz vəsaitinin məbləği, sığorta ehtiyatlarının məbləği, zərərlilik dərəcəsi, sığorta və ya təkrarsığorta müqavilələri üzrə şəxsi tutum məbləğinin müəyyən edilməsi üçün müvafiq hesablamaların aparılması;
    • Şəxsi tutumla bağlı metodologiyanın hazırlanması və rəyin verilməsi;
    • Şirkətin öhdəliklərinə uyğun olaraq risk əsaslı analizlərin aparılması;
  • Hər hansı sığorta növü üzrə baş vermiş sığorta hadisələrinin statistikasını araşdıraraq, həmin sığorta növü üzrə qiymət və tariflərə yenidən baxılması üçün təkliflərin verilməsi
    • Rəhbərliyə müvafiq hesabatların təqdim olunması.

Namizədə olan tələblər:

İş təcrübəsi: Sığorta sektorunda aktuari kimi 1 il; Məsul aktuari vəzifəsi üçün qanunvericiliklə tələb olunan şəhadətnamə və icazə; Qanunvericilik üzrə biliklər, sahə üzrə funksional baza bilikləri
Təhsili/ixtisası: İqtisadiyyat/Maliyyə/Beynəlxalq İqtisadi Münasibətlər/Kommersiya/Riyaziyyat/Tətbiqi Riyaziyyat/Statistika sahələri üzrə bakalavr və ya magistr dərəcəsi
Dil bilikləri: Azərbaycan dili – əla; rus/ingilis dili – arzuolunandır.

Kompüter bilikləri: MS Office – əla

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini 10.06.2022-ci il tarixədək [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Məsul aktuari”) qeyd olunmalıdır) göndərə bilərlər.

 

İşin aid olduğu sahə

KateqoriyaSığorta