9 C
Baku
Thursday, December 12, 2024

Maliyyəçi-mühasib – Abşeron Logistika Mərkəzi

0
Maliyyəçi-mühasib – Abşeron Logistika Mərkəzi
27.03.2023

Ümumi vəzifə öhdəlikləri:

Aşağıda qeyd edilən işlərin həyata keçirilməsi və onlara nəzarət:

  • Debitor hesabatın hazırlanması, yoxlanılması və göndərilməsi.
  • Debitor müştərilərin hesablarla bağlı yaranan suallarının cavablandırılması.
  • Debitor müştərilərin hesablaşmaları və aktlarının hazırlanması, müştərilərə təqdim edilməsi.
  • Fərqli proektlər üzrə müştərilərinin sifarişlərinə əsasən hesabların kəsilməsi (aylıq).
  • Ödənişlərinin 1C proqramında gündəlik yoxlanılması, təyinatına uyğun düzəldilməsi.
  • Vergilər Nazirliyinin müraciəti əsasında müştərilərlə bağlı sənədlərin yığılması, skan edilməsi və göndərilməsi (müqavilə, bank çıxarışı, vergi hesab fakturaların və hesab fakturalar).
  • Debitorların borc və avans məbləğinin qarşılaşdırılması, fərqlər olduqda aradan qaldırılması.
  • Elektron qaimələrin göndərilməsi.
  • Fakturalar və ödənişlər ilə bağlı müxtəlif reyesterlərin yığılması, qeydiyyatın aparılması.

Namizədə qarşı tələblər:

  • Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və audit və s.);
  • Maliyyə sahəsində minimum 1 il iş təcrübəsi (Mühasibatlıq sahəsində də iş təcrübəsi arzuolunandır və üstünlükdür);
  • Dil bilikləri: Azərbaycan dilini yaxşı, Rus və İngilis dillərini orta səviyyədə bilməli;
  • Komputer bilikləri: Word, Outlook, 1C proqramlarını yaxşı, Excel proqramını  əla bilməli;
  • Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı;
  • Peşəkarlıq tələbləri:
  • Dəqiq və diqqətli,
  • Ciddi və məsuliyyətli,
  • E-gov.az və e-taxes.gov.az da işləmək bacarığı;
  • Analitik qabiliyyətə, təqdim etmə bacarıqlarına malik olmaq;
  • Təhlil qabiliyyəti,
  • Problem həll etmə bacarığı,
  • Reporting (hesabatvermə qabiliyyətli),
  • Öyrənmək, öyrətmək bacarıqları olmalıdır.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix 27 Aprel 2023-cü il tarixidir.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Maliyyəçi-mühasib” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaMühasib