10 C
Baku
Thursday, December 12, 2024

Hüquqşünas – Unitrade Group MMC

0
Hüquqşünas – Unitrade Group MMC
21.06.2023

Vəzifə öhdəlikləri:

  • Hüquqi sənədlərin hazırlanması və rəsmiləşdirilməsi;
  • Əmtəə nişanlarının qeydiyyata alınması və müddətinin uzadılması;
  • Məhkəmə və digər dövlət orqanlarına sənədlərin hazırlanıb təqdim edilməs;
  • Məhkəmədə və digər dövlət orqanlarında şirkətin maraqlarının qorunması və təmsili;
  • Etibarnamələrin hazırlanması;
  • Notarius işlərinin təşkili və sənədlərin təsdiqi;
  • Təsis sənədlərində dəyişikliklərin qeydiyyata alınması ilə bağlı işlərin icrası;
  • Viza və miqrasiya məsələlərinin təşkili;
  • Daxil olan sorğuların cavablandırılması;
  • Struktur bölmələrin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələlərinin qanunvericilik çərçivəsində həlli;
  • Əməklə bağlı mübahisələrə və əmək müqavilələrinin təyinatına aid konsultasiya dəstəyini vermək;
  • Mülki, Mülki – prosessual, cinayət, cinayət-prosessual, inzibati xətalar, əmək qanunvericiliyi ilə işləməyi bacarmaq;
  • Müqavilələrin hazırlanması və ekspertizası;

Əsas tələblər:

Təhsil:

  • Hüquq üzrə ali təhsil.

İş təcrübəsi:

  • Müvafiq sahədə 5 il iş təcrübəsi.

Professional biliklər:

  • Analitik düşünmə və problemləri həll etmə bacarığı;
  • Hüquqi nitq və yazışma qabiliyyəti;
  • Azərbaycan Respublikasının Konstitusiyasını, Mülki, Mülki Prosessual, İnzibati Prosessual, Əmək, İnzibati Xətalar Məcəlləsini, Normativ hüquqi aktlar, İcra haqqında qanunu, Əmək Qanunvericiliyini və Beynəlxalq Qanunvericiliyi bilməli;
  • Azərbaycan, rus və ingilis dillərində yazılı bacarığı;
  • Ofis proqramları (MS Word, Excel, PowerPoint, Outlook) ilə sərbəst işləmək bacarığı;
  • Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməsi.

Professional bacarıqlar və kompetensiyalar:

  • İş bölgüsü
  • Danışıqların aparılması
  • Ünsiyyət bacarıqları
  • Detallara diqqət
  • Nəticə yönümlülük
  • Məsuliyyət

İş şəraiti:

  • 5 günlük iş rejimi
  • Şənbə və bazar günləri istirahət.
  • İş yeri: Koroğlu m. Anbarım.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Müraciət qaydaları: elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Hüquqşünas” yazaraq CV göndərməklə müraciət edilir. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaHüquq