Bakı
26.07.2023
Vakansiyanın təsviri
- Digər müəssisələrə göndərilən və gələn qaimələrin təqibi və onların hesablara işlənməsinin həyata keçirilməsi;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registerlərində) düzgün əks etdirilməsində iştirak etmək, operativ məlumatları təqdim etmək, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib edilməsi;
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyətin hesablanması, köçürülməsi;
- Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi – Onlayn bankçılıq ilə ödənişlərin həyata keçirilməsi;
- Nəğd axınların açılması, ödəniş tapşırıqları və təhvil-təslim aktlarının tərtib olunması;
- Müqavilələrin və qiymət razılaşma protokollarının təqibi;
- Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması;
- Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
- İdxal / İxrac işləri ilə bağlı mühasibat əməliyyatlarının həyata keçirilməsi;
- ƏDV, ÖMV, Əmlak, Torpaq vergi bəyannamələrini, DSMF və Statistika hesabatlarının aidiyyatı orqanlara göndərilməsi;
- Mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi;
- Rəhbəri tərəfindən istənilən məlumat xarakterli hesabatlar hazırlamaq, sürətli və doğru nəticələrin alınması üçün araşdırma apararaq anlaşıqlı və ətraflı hesabatlar hazırlayaraq rəhbərinə təqdim etmək.
- Həftə içi: 09:00 – 18:00
- Ünvan: Baş Ofis
Xüsusi tələblər
- Mühasibatlıq və ya əlaqəli sahədə Ali Təhsil
- Müvafiq sahədə 3 il iş təcrübəsi
- Yüksək səviyyədə MS Office (xüsusilə Excel) bilikləri
- Analitik düşüncə və analiz qabiliyyəti
Müraciət etmək üçün: [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Mühasib |