Bakı
07.09.2023
Vakansiyanın təsviri
- Dayanıqlı İnkişaf Məqsədlərinin maliyyələşdirilməsinə dair təşəbbüslərin və layihələrin işlənib hazırlanmasında, həyata keçirilməsində, eləcə də təkmilləşdirilməsində səlahiyyətləri daxilində iştirak edir
- Dövlət büdcəsindən Dayanıqlı İnkişaf Məqsədlərinə yönəldilən vəsaitlərə dair icra və proqnoz göstəriciləri ilə bağlı məlumatların tərtib edir
- Dayanıqlı inkişaf təşəbbüslərini dəstəkləyən və milli prioritetlərə uyğun innovativ maliyyələşdirmə mexanizmlərinin müəyyən edilməsi və tətbiqi ilə bağlı təkliflərin işlənib hazırlayır
- Aidiyyəti dövlət orqanları və Nazirliyin struktur bölmələri ilə Dayanıqlı İnkişaf Məqsədlərinə dair qarşılıqlı fəaliyyətin və məlumat mübadiləsinin təmin olunmasında səlahiyyətləri daxilində iştirak edir
- Dövlət orqanlarının qərarlarının, sərəncamlarının və normativ sənədlərinin icra edilməsini daim nəzarətdə saxlayır
- Vəzifəsi üzrə mərkəzin direktoru, direktor müavinləri və sektor müdiri tərəfindən verilən tapşırıqları yerinə yetirir.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
- Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 – cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdəazı 10 il iş stajı olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
Xüsusi tələblər
- Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə ali təhsil
- İş stajına dair tələblər: yoxdur
- Kompüter biliklərinə dair tələblər: MS Office proqramları, ofis texnikasından istifadə, internetdən istifadə (orta səviyyədə)
- Xarici dil biliklərinə dair tələblər: Rus dili-A2;İngilis dili-B1;
- Müsahibədə iştirak etmək hüququ verən sertifikat BA4
İşin aid olduğu sahə
Kateqoriya | Dövlət qurumları |