6 C
Baku
Sunday, December 15, 2024

Koordinasiya və beynəlxalq əlaqələr qrupunun mütəxəssisi – Sahibkarlığın İnkişafı Fondu 

0
Koordinasiya və beynəlxalq əlaqələr qrupunun mütəxəssisi – Sahibkarlığın İnkişafı Fondu 
Bakı
08.09.2023

Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu “Koordinasiya və beynəlxalq əlaqələr qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

ƏSAS ÖHDƏLİKLƏR:

·  Sahibkarlığın İnkişafı Fondu ilə digər qurumlar arasında səmərəli əlaqələndirmənin və operativliyin təmin edilməsində iştirak etmək;

·  Ali və mərkəzi icra hakimiyyəti orqanlarından daxil olmuş aidiyyəti tapşırıqların icrasını təşkil etmək və icrasında iştirak etmək;

· Beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması və təhlillərin aparılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq prosesində iştirak etmək və təkliflər vermək;

·  Beynəlxalq təşkilatlarla və xarici dövlətlərin analoji qurumları ilə əlaqələrin qurulmasında iştirak etmək;

·   Fondun fəaliyyətinin təkmilləşdirilməsinə dair təhlillər aparmaq, təkliflərin hazırlanmasında iştirak etmək və zərurət yarandıqda Fondun fəaliyyətini tənzimləyən qaydalar, prosedurlar və sənədlərin nümunəvi formalarının təkmilləşdirilməsinə dair təkliflər vermək;

·   Fonda daxil olan və icrası qrupa tapşırılmış müraciətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə baxılmasında iştirak etmək;

·    Fondun fəaliyyəti ilə bağlı hesabatların hazırlanmasında iştirak etmək;

·    Qrupun fəaliyyət istiqamətləri üzrə digər işlərə cəlb edilmək.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

·     İqtisadiyyat, Maliyyə və İdarəetmə ixtisasları üzrə ali təhsil;

·    İxtisası üzrə iş təcrübəsinin olması arzuolunandır;

·    Güclü iqtisadi biliklərə sahib olmaq;

·    Analitik təhlil aparmaq və problem həlletmə qabiliyyəti;

·   Operativ və düzgün qərar vermək bacarığı;

·   Təşəbbüskarlıq,diqqətlilik, məsuliyyət və düzgünlük keyfiyyəti;

·  MS Office (xüsusilə Word, Excel, PowerPoint) proqramlarından yüksək səviyyədə istifadə bacarığı;

·  Yüksək səviyyədə İngilis dili biliyi; Rus dili biliyinin olması arzuolunandır;

·  Kollektivlə işləmək bacarığı və ünsiyyət qabiliyyəti.

Maraqlanan namizədlər öz CV-lərini mövzu hissəsində “Koordinasiya və beynəlxalq əlaqələr qrupunun mütəxəssisi” qeyd etməklə [email protected] e-poçt ünvanına göndərə bilərlər.

Son müraciət tarixi:  07.10.2023

İşin aid olduğu sahə

KateqoriyaDövlət qurumları