Ümumi vəzifə öhdəlikləri:
- Yeni veb layihələr üzərində çalışmaq
- Mövcud veb layihələri inkişaf etdirmək
- Veb layihələr üzərində komanda üzvü olaraq çalışmaq
- Müxtəlif layihələri üzrə verilən tapşırıqların vaxtında yerinə yetirilməsi üçün layihə meneceri ilə sıx işləmək
- Layihələrin planlanması, development’i, deploy edilməsi və baxımı
- Yeni texnologiyaların araşdırılması və tətbiq olunması;
- Məhsulun biznes məntiqinin və back-end sisteminin dizayn olunması və proqramlaşdırılması;
- Front-end proqramçısı ilə sıx əməkdaşlıq edərək funksional, effektli və tam tələblərə cavab verən APİ-ların hazırlanması;
- Mənbə kodlarını analiz etmək və ehtiyaca uyğun dəyişiklikləri icra etmək;
- Unit və inteqrasiya testlərinin yazılması və gündəlik tapşırıqlar üçün avtomatik alətlərin hazırlanması;
- Keyfiyyətli, effektli kodların yazılması və sənədləşdirilməsi;
- Riskləri və səmərəsiz həll yollarını aradan qaldırmaq üçün ideya və fikirlərin təhlil olunması;
- Yeni texnologiyaların araşdırılması və tətbiq olunması.
Namizədə qarşı tələblər:
- Ali təhsil (İT sahəsində təhsilə üstünlük verilir);
- İş təcrübəsi: Production mühitinə çıxarılmış bir produktun hazırlanmasıda ən azı 4 ildən çox təcrübəsi olması mütləqdir;
- Dil bilikləri: Azərbaycan dili (əla); İngilis dilləri dili (əla);
- OOP prinsiplərini aktiv istifadə etmə təcrübəsi;
- Yeni texnologiyalari sürətlə öyrənmə həvəsi;
- C#, .NET Core, (və ya Java, Spring Boot), REST, MVC, SQL, Python, AWS, git;
- Yüksək debug etmək bacarıqı;
- Test yazma bacarığı.
Arzu olunan tələblər:
- Docker, Kubernetes mühitlərində işləmə təcrübəsi;
- Proyektlərin yaradılması və komandaların formalaşmasında təşəbbüskarlıq göstərmə təcrübəsi;
- Agile metodologiyaları biliyi;
- CI/CD proseslərinin qurulması təcrübəsi;
- Avtomatlaşdırılmış testlər yazma bacarığı.
Sizə nə təklif edirik?
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
- Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Əlverişli iş mühitində çalışmaq imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30 sentyabr 2023-cü il tarixinədək elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Backend senior developer” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | İT |