10 C
Baku
Thursday, December 12, 2024

Baş mühasib – SQS Consulting

0
Baş mühasib – SQS Consulting
Bakı
12.09.2023

Öhdəliklər:

  • Maliyyə-təssərüfat fəaliyyətinin mühasibat uçotunu, müəssisədə təsdiq olunmuş uçot siyasətinə və hesabatların aparılması qaydalarına müvafiq təşkil edir;
  • Mühasibat uçotunda müəssisədaxili əməliyyatların qeydi və hesabda əks olunmasını təmin edir;
  • Müəssisəyə ziyan dəymə, maliyyə, vergi, təsərrüfat qanunvericiliklərinin pozma hallarının qarşısının alınmasına dair tədbirlər görür;
  • Müəyyən edilmiş qaydada mühasibat sənədlərinin bütövlüyünü, tərtibatını və arxivə təhvil verilməsini təmin edir;
  • Mühasibat uçotuna aid yeni sənədlərin işlənib hazırlanması, cari sənədlərin unifikasiyasını, uçot- hesablama işlərinin effektiv vasitələrinin yeridilməsi işlərinə rəhbərlik edir;
  • Mühasibat, vergi uçotu və DSMF ilə bağlı əməliyyatları aparır;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edir;
  • Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsini təmin edir;
  • Vergi orqanları ilə yazışmaları aparacaq, e-qaimələrin vaxtında və düzgün təqdim olunmasını təmin edir;
  • Digər aktivlər, debitorlar, passivlər və kreditorlar hesablarının inventarizasiyasının təşkili və nəticələrinin mühasibat uçotunda əks etdirilməsi;
  • Əsas vəsaitlərin uçotunun (həm vergi, həm də maliyyə) aparılması
  • Əmək haqqının hesablanması, uçotunun aparılması proqram üzrə mühasibat yazılışlarının verilməsi
  • Ödənilməmiş borclar müqabilində balansa götütülmüş əmlkaın, fərdi və icarəyə götürülmüş əsas vəsaitlərin, lizinqə qəbul edilmiş avadanlığın, qeyri-maddi aktivlərin, icarəyə verilmiş  əmlakın uçotunun aparılması
  • Bunkerdə saxlanılan qiymətlilərin mədaxil və məxaric əməliyytları üzrə balansarxası uçotun aparılması;
  • Mərkəzi Bankdan və digər dövlət orqanlarından göndərilən sorğu və hesabatların hazırlanması

Tələblər:

  • İqtisadi sahədə ali təhsil (Maliyyə, Mühasibat uçotu və oxşar fakültələr)
  • Mühasibat və maliyyə sahəsində ən azı 3 il iş təcrübəsi olmalı;
  • Dil bilikləri: Azərbaycan dilini səlis bilməli; Rus və ingilis dili bilikləri üstünlükdür;
  • MS Office – Excel, 1C proqramları bacarığı;
  • Əməliyyatların rəsmiləşdirmə qaydaları və uçot sahələri üzrə sənəd dövriyyəsinin təşkilini bilməli;
  • Maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlili metodlarını, daxili təsərrüfat rezervlərinin üzə çıxarılmasını bilməli;
  • Pul vəsaitlərin, əmtəə-material dəyərlilərin qəbulu, mədaxili, saxlanılması və xərclənməsi qaydalarını bilməli;
  • Kreditor və debitorlarla hesablaşma qaydalarını bilməli;
  • Analitik düşünmə qabiliyyəti, səmərəlilik və təşəbbüskarlık qabiliyyəti.
  • “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq peşəkar mühasib sertifikatı olana üstünlük veriləcək

İş şərtlərimiz:

  • Əmək haqqı: 1500-2000 AZN;
  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:30-18:00.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Baş mühasib” yazaraq 01.11.2023- cü il tarixinədək e-mailə göndərilməsi xahiş olunur.

Əlaqə nömrəsi: 055 215 73 44.

İşin aid olduğu sahə

KateqoriyaMühasib