1 C
Baku
Saturday, December 14, 2024

Kommersiya departamentinin rəhbəri – Kontinent İnşaat MMC

0
Kommersiya departamentinin rəhbəri – Kontinent İnşaat MMC
Bakı
13.10.2023

Vəzifə öhdəlikləri:

  • Layihələrin ehtimal büdcə (estimate budget) və xərc planlarının (cost plans) hazırlanması prosesinin təşkili və idarə olunması;
  • Layihələrin iş qrafikinin hazırlanmasının və nəzarətinin təşkili;
  • Layihələndirmə və tikinti mərhələlərində dəyərin idarə olunması (Value management);
  • Layihələrin bütün mərhələlərində dəyişikliklərə nəzarət;
  • Layihələndirmə və tikinti mərhələlərində zərurət yarandığı zaman mühəndis optimallaşdırması prosesini təşkil etmək (Value engineering);
  • Layihələrin strategiyasına uyğun olaraq, tender və satınalma paketinin hazırlanması prosesinin təşkili və prosesin icrasına cavabdeh olmaq;
  • Müqavilələrin hazırlanması prosesini imzaya qədər nəzarət və idarə etmək; Müqavilələrin imza prosesindən sonra icrasının nəzarətini təmin etmək (Contract Administration);
  • Müqavilələrin ödəniş cədvəlinə nəzarət və idarə etmək;
  • İmzalanmış müqavilələrin dəyişikliklərinin idarə olunması (post-contract stage change management and control);
  • Layihələrin Maliyyə axınları hesabatlarını hazırlanması prosesinə nəzarət və idarə etmək (Initial Cash flows Management);
  • Iddiaların (tələblərin) təhlili, əsas səbəblərinin araşdırılması və hesabatlarların rəhbərliyə təqdim edilməsi;
  • Layihələrin Aralıq hesabatlarının hazırlanması (İnterim Cost Reports);
  • Layihələrin qazanılmış dəyərinin periodik təhlilini aparmaq (Earned Value Analysis);
  • Layihə çərçivəsində podratçıların müqavilə üzrə ilkin və yekun təhvil-təslim prosesini təşkil etmək (Practical & Final Completion Certificates);
  • Layihələrin kommersiya tərəfindən uğurlu olmasını təmin etmək;
  • Layihələr üzrə Yekun Xərc və Qənaət Hesabatını hazır etmək və Layihə Rəhbərinə təqdim etmək;

Tələblər:

  • Ali təhsil: Müvafiq ixtisas üzrə bakalavr dərəcəsi
  • İş təcrübəsi : Mülki tikinti sahəsində, oxşar rəhbər vəzifədə 5-7 il iş təcrübəsi.
  • Dil bilikləri: Azərbaycan dili – səlis,İngilis dili yaxşı (Rus dili arzuolunandır)
  • Kompüter bacarıqları: MS Ofis proqramları (Word, Excel, PowerPoint,AutoCad)

İş şəraiti:

  • İş yeri: Çıraq Plaza
  • 5 günlük iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək;
  • Əmək haqqı müsahibə əsasında təyin olunacaq;
  • Nahar şirkət tərəfindən təmin olunur;

Maraqlanan şəxslərdən CV-ni  vəzifə adı göstərilməklə e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər