Bakı
16.10.2023
Vakansiyanın təsviri
- Strukturlar, təşkilati rollar, işə qəbul, əməkhaqqı, mükafatlar və müavinətlər, kadr axını və s. kimi İR məlumatlarını toplamaq, təmizləmək, strukturlaşdırmaq və emal etmək;
- Şirkətin hədəflərini dəstəkləyən və insan resursları təcrübələrinin effektivliyini təmin edən statistik və analitik hesabatlar hazırlamaq;
- Ssenario analizləri və modelləri hazırlamaqla biznes problemlərin aradan qaldırılması üçün effektiv həllər təklif etmək;
- Rəhbərliyin məlumat əsaslı qərarvermə imkanlarını genişləndirmək üçün təhlillər aparmaq və təkliflər vermək;
- İR trendlərini izləmək, dövrün tələblərinə uyğun, şirkətin hədəflərini dəstəkləyən İR metrikləri üzrə analitik hesabatlar hazırlamaq;
- İR təhlil və hesabatlıq prosesinin avtomatlaşdırılmasını təmin etmək;
- İnsan resurslarının funksional sahələr üzrə fəaliyyət effektivliyi hesabatları hazırlamaq;
- İR xərc maddələri üzrə məlumatları toplamaq və analiz etmək, aylıq, rüblük və il sonu proqnozları hazırlamaq;
- Büdcələmə dövründə xərc mərkəzləri və xərc hesabları üzrə insan resursları büdcəsini hazırlamaq;
- İnsan resursları xərclərinin uçotu üzrə prosesin monitorinqini təmin etmək;
- Şirkətin funksiyaları, təşkilati səviyyələr və təşkilati rollar üzrə seqmentləşdirilmiş analizlər aparmaq və hesabatlar hazırlamaq.
- Ünvan Bakı şəhəri, Dilarə Əliyeva 230
Xüsusi tələblər
- Minimum təhsil dərəcəsi Bakalavriat
- Sahə üzrə iş təcrübəsi 1 il
- Tələb olunan biliklər İnsan resurslarının idarəolunması, prosedurları haqqında biliklərə sahib olmalı
- Fərdi keyfiyyət göstəriciləri
- Məlumat əldə etmə
- Analitik düşüncə
- Diqqətlilik
- Digər tələb və üstünlük göstəriciləri
- Namizədlərin magistr təhsilinin olması arzuolunandır; Namizədlərin ingilis və rus dillərini bilməsi arzu olunandır.
- Komputer bilikləri MS Word-sərbəst
- MS Excel-sərbəst
- Microsoft Power BI-yaxşı
Müraciət üçün (CV): https://career.ady.az/Vacancy/Get?id=4386#vp
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |