9 C
Baku
Thursday, December 12, 2024

Baş mühasibin müavini – Azinko Development

0
Baş mühasibin müavini – Azinko Development
Bakı
12.02.2024

Ünvan: Bakı şəhəri, Flame Towers

Tələblər:

  • Minimum təhsil dərəcəsi: Bakalavr (Maliyyə – İqtisadiyyat üzrə);
  • Sahə üzrə min. 5 il iş təcrübəsi;
  • Microsoft Office, 1C proqramlarında işləmək bacarığı;
  • Vergi Məcəlləsi, Əmək Məcəlləsini bilməli;
  • Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
  • Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli;
  • Peşəkar mühasib sertifikatının (PMS) olması mütləqdir.

Vəzifə öhdəlikləri:

  • Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi;
  • Vergi, DSMF hesabatlarının, Statistika hesabatlarının hazırlanması və müvafiq qurumlara təqdim edilməsi;
  • Elektron Qaimə Hesab Fakturalarının işlənməsi;
  • Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;
  • Debitor və kreditor hesablaşmalarına ciddi nəzarət olunması;
  • Onlayn kargüzarlıq və e-qaimə üçün portaldan istifadə edilməsi;
  • BTP proqramında (ƏDV, Mənfəət, Əmlak, Torpaq) hesabatların tərtib edilməsi;
  • Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək.

Fərdi keyfiyyət göstəriciləri:

  • Dəqiqlik və detallara diqqətlilik;
  • Məsuliyyətlilik;
  • Operativlik;
  • Nəticə yönümlü;
  • Komandada işləmək bacarığı.

Digər tələb və üstünlük göstəriciləri:

  • Rus və ya ingilis dili biliyi;
  • Maliyyə-mühasibatlıq sahəsi üzrə yerli və beynalxalq sertifikatlar.

Vəzifə üzrə əmək haqqı və təminatlar:

  • Əmək haqqı ştat cədvəlinə uyğun;
  • Şirkət tərəfindən tibbi sığorta paketi ilə təmin edilir;
  • Şirkət tərəfindən qidalanma ilə təmin edilir;
  • Şirkət daxili nəzərdə tutulan digər təminatlar;
  • Təlim və inkişaf proqramlarında iştirak imkanları.

Müraciət forması:

Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Baş mühasibin müavini” yazmaqla e-mail ünvanına göndərmələri xahiş olunur.

Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Müraciət üçün son tarixi: 25.02.2024-cü il.

[email protected]

İşin aid olduğu sahə

KateqoriyaMühasib