6 C
Baku
Sunday, December 15, 2024

Baş mühasib – “AZRİB” MMC

0
Baş mühasib – “AZRİB” MMC
Bakı
16.02.2024

Vakansiyanın təsviri

  • Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin mühasibat uçotunu təşkil etmək;
  • Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün və zamanında əks etdirilməsini, dövriyyə-qalıq cədvəlindəki bütün hesabların və həmin hesablar üzrə əməliyyatların düzgünlüyünü təmin etmək;
  • Dövri olaraq dövriyyə-qalıq cədvəli, mənfəət-zərər, maliyyə vəziyyəti haqqında hesabat (balans) və digər əlaqədar maliyyə hesabatlarını və açıqlamalarını düzgün və zamanında formalaşdırmaq və təmin etmək;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək;
  • Kassa və bank əməliyyatların, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyatların və hesab-fakturaların uçotunun düzgünlüyünə nəzarət etmək;
  • Əməkhaqqı, məzuniyyət haqları, xəstəlik vərəqələri üzrə ödəmələri, mükafatları və son haqq-hesab ödənişlərinin hesablanmasını təmin etmək və ödənişini həyata keçirilməsinə nəzarət etmək;
  • Vergilərin və digər icbari hesabatların zamanında və düzgün hazırlanması və təqdim edilməsi, həmçinin müvafiq ödənişlərin hesablanması və ödənilməsinə nəzarət etmək;
  • Müqavilələrin, təsdiqləyici sənədlərin tərtib edilməsi və imzalanması, hesablaşmaların vaxtında və tam icra edilməsinə aid olan şərtlərinin yerinə yetirilməsinə nəzarət etmək;
  • Müəssisənin mühasibat şöbəsinin əməkdaşlarına rəhbərlik etmək, tabeliyində olan işçilərin işini təşkil etmək və ona nəzarət etmək;
  • Daxili və xarici audit, vergi yoxlaması və digər yoxlama qurumları tərəfindən təşkil edilən yoxlama və sorğularda iştirak etmək, sorğuların zamanında və düzgün cavablandırılmasını təmin etmək.
  • Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunun siyasətini, prosedurlarını və qaydalarını hazırlamaq
  • Vəzifə profilinə uyğun rəhbərliyin ona həvalə etdiyi digər vəzifə və tapşırıqları icra etmək

Xüsusi tələblər

  • Müvafiq sahədə ali təhsil
  • Mühasibatlıq sahəsində minimum 5 il təcrübə
  •  Azərbaycan dilində səlis danışıq qabiliyyəti
  •  Dəqiqlik və  məsuliyyət
  •  Problemləri həll etmə bacarığı, operativlik
  •  Yüksək səviyyədə təqdimat bacarığı
  •  Yaxşı səviyyədə MS Word, MS Excel və MS Outlook bacarıqları
  •  Logo tiger proqramında yüksək səviyyədə işləmə bacarığı
  •  Yaş: 25-45
  •  Satış və ya distribusiya şirkətlərində təcrübə üstünlükdür.
  •  Peşəkar mühasib sertifikatının olması üstünlükdür.

İş yeri : Abşeron rayonu Məmmədli kəndi

İş vaxtı: Həftə içi 5 gün

Əməkhaqqı: Razılaşma yolu ilə

Nahar şirkət tərəfindən qarşılanır.

Maraqlanan şəxslər CV-ni [email protected] ünvanına göndərə bilərlər.

Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaMühasib