2 C
Baku
Saturday, December 14, 2024

Baş mühasib – GM Construction

0
Baş mühasib – GM Construction
Bakı
21.02.2024

Vəzifə öhdəlikləri:

  • Cəmiyətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və nəzarəti;
  • Cəmiyyət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsi, mühasibat-maliyyə hesabatlarının tələb olunan müddətdə tərtib və təqdim edilməsini təşkil etmək;
  • Şirkətində istifadə olunan 1C mühasibat uçotu proqram təminatında əsas vəsaitlərin, maddi qiymətlilərin və pul vəsaitlərinin hərəkəti ilə əlaqədar əməliyyatları əks etdirmək;
  • İş və xidmətlərin maya dəyərinin hesabat kalkulyasiyasını tərtib etmək, itkilərin yaranma və qeyri – istehsal məsrəflərin mənbələrini aşkar etmək, onların qarşısının alınması üzrə təkliflər hazırlamaq;
  • Mədaxil/məxaric pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, vəsaitlərin dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanması, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunun təşkili və nəzarət;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun düzgün sərf olunmasına, əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək;
  • Mal-material qiymətlilərin inventarizasiyasında iştirak etmək və onlar üzrə müvafiq aktları rəsmiləşdirmək;
  • Vergi orqanları, DSMF və digər dövlət orqanlarına aylıq, rüblük və illik hesabatları vaxtında təqdim edilməsini icra etmək.
  • Bank əməliyyatlarının həyata keçirmək;
  • Balans, avans hesabatının aparılmasını təmin etmək;
  • Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün müvafiq əməliyyatların vaxtında və düzgün emal olunmasını təmin etmək;
  • Mühasibatlıq sənədlərin düzgün hazırlanmasına nəzarət etmək;
  • Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;
  • Vaxtlı-vaxtında və lazımı qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi məqsədilə təchizatçılarla/müştərilərlə rəsmi yazışmalar aparmaq;
  • Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etmək;
  • Səlahiyyəti çərçivəsində işlə əlaqədar işçilərin sorğularını cavablandırmaq;
  • İş prosesində məlumatların məxfiliyini qorumaq və şöbə əməkdaşlarından tələb etmək;
  • Direktor tərəfindən verilən digər tapşırıqları icra etmək;

Tələblər:

  • Ali iqtisadi təhsil (maliyyə, mühasibat uçotu və audit);
  • Müvafiq vəzifə üzrə böyük iş təcrübəsi (5 il +);
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl səviyyədə, əcnəbi dil bilgisi üstünlükdür;
  • MS Office,  BTP, EVHF, B1, B3 hesabatları mükəmməl səviyyədə bilməli;
  • Vergi məcəlləsi, Əmək məcəlləsi, Mülki Məcəllə və digər qanunlar və qanunvericilik aktları üzrə mükəmməl biliklər;
  • Peşəkar Mühasib Sertifikatının olması üstünlükdür;
  • Beynəlxalq mühasibatlıq bilgilərinin (ACCA, F3 maliyyə uçotu sertifikatı) olması əlavə üstünlükdür;
  • Məsuliyyət və punktuallıq;
  • Planlaşdırma, qərarvermə və problem həlletmə tezliyi;
  • Komandada işləmək bacarığı.

İş şəraiti və təminat:

  • İş yeri: Bakı şəhəri, H.Əliyev pr.189 (Baku City Residence);
  • İş rejimi: 6 günlük, şənbə qısaldılmış iş günü;
  • Nahar yeməyi;
  • Korporativ nömrə;
  • Əmək haqqı: müsahibə əsasında.

Digər tələblər:

Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını (şəkil əlavə olunmaqla) elektron poçtuna göndərə bilər.Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.

Qeyd: yalnız azərbaycan dilində göndərilən CV-lər dəyərləndiriləcək və elanda göstərilən tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.  [email protected]

İşin aid olduğu sahə

KateqoriyaMühasib