Bakı
23.02.2024
Vakansiyanın təsviri
- Mal-materiallara və əsas vəsaitlərə dair alış sənədlərinin işlənməsini təmin etmək, mal-materialların, əsas vəsaitlərin qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlamaq, uyğunsuzluq halları aşkar olunduqda, onların aradan qaldırılmasını təmin edilməsi;
- Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması, komplektləşdirilməsi və silinməsi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunu yoxlanması;
- Mal-material və əsas vəsaitlərin alışı ilə bağlı hesabatların düzgün və vaxtında tərtib və təqdim olunmasını təmin edilməsi;
- Daxil olan sənədlər əsasında (İnvoice və.s) 1C-8 proqram təminatında mal-materialların və əsas vəsaitlərin faktiki maya dəyərinin formalaşdırılması və aylıq yoxlanılması;
- Müəssisəyə məxsus olan mal-materialların uçotunun aparılması;
- Anbara daxil olan malların qeydiyyatının aparılmasının yoxlanılması;
- Anbar mal çıxışının nəzarət edilməsi və sənədləşdirilməsi;
- Mal-materialların inventarizasiyası prosesində fəal iştirak edilməsi, inventarizasiya üzrə cədvəllərdə uçot və faktiki miqdar-məbləğ olmaqla, habelə kənarlaşma miqdarı və məbləğini hesablanmasının həyata keçirilməsi;
- Əsas vəsaitlərin düzgün uçota alınması, aylıq amortizasiyaların hesablanması, istismar aktlarının hazırlanması.
Xüsusi tələblər
- Aidiyyətı sahədə 3 ildən artıq iş təcrübəsi;
- MS Office proqramından istifadə etmək bacarığı;
- Punktual, diqqətcil və məsuliyyətli olmalı.
Müraciət etmək üçün: [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Mühasib |