Bakı
29.02.2024
Təhsilin İnkişafı Fondu aşağıdakı vakansiya üzrə işə qəbul həyata keçirir:
– Maliyyə və investisiyalar şöbəsinin müdiri
Vəzifə öhdəlikləri:
- Fondun ümumi strateji planı çərçivəsində maliyyə siyasətinin icrasını təmin etmək və maliyyə fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini təşkil etmək;
- Fondun illik büdcəsininin hazırlanmasının təşkili və icrasına nəzarət etmək;
- Fondun tərəfdaşlıq etdiyi qurumlarla bağlanan müqavilələrin, hesab-fakturaların və digər maliyyə sənədlərinin vaxtında hazırlanması, yoxlanılması, göndərilməsi və prosesə nəzarət edilməsi;
- Büdcədənkənar vəsaitdən təyinatı üzrə istifadə olunmasına, Fond tərəfindən aparılan hesablaşmaların və digər əməliyyatların, habelə öhdəliklərin icrasının düzgünlüyünə, pul vəsaitlərinin və maddi qiymətlilərin saxlanılmasına nəzarət etmək;
- Daxili Audit layihələrinin nəticələrinə dair audit hesabatlarını hazırlanmasını təmin etmək;
- İllik Daxili Audit planına uyğun və plandankənar audit layihələrinin planlaşdırılmasına və icrasına nəzarət etmək;
- Fondun fəaliyyətinin yekunları üzrə əməliyyat uçotunu təşkil etmək;
- 1C proqramında hesabat prinsiplərinə uyğun aylıq, kvartallıq və illik hesabat dövrlərini bağlamaq və Fondun hesabatlıq sistemini koordinasiya etmək;
- Potensial investisiya imkanlarını, yeni maliyyə alətlərini təhlil edərək investisiya gəlirlərinin maksimallaşdırılması və risklərinin azaldılması istiqamətində işlərin aparılmasını təmin etmək;
- Baş verən iqtisadi dəyişikliklərə dair məlumatlı olmaq və iqtisadi təhlillər apararaq investisiyə fəaliyyətini formalaşdırmaq;
- Likvidliyin idarə edilməsi üzrə modelin hazırlanmasını və nəzarətini həyata keçirmək;
- Şöbənin fəaliyyətini təşkil etmək və ona rəhbərlik etmək;
- Tabeliyində çalışan əməkdaşları KPI-a əsasən qiymətləndirmək;
- Tabeliyində çalışan əməkdaşlar arasında iş bölgüsü aparmaq, onların fəaliyyətini əlaqələndirmək, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət etmək;
- İşəgötürən tərəfindən gündəlik olaraq verilən digər müvafiq tapşırıqları yerinə yetirmək.
Tələb olunan bilik və bacarıqlar:
- Ali təhsil (İqtisadiyyat, mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
- Azərbaycan və ingilis dilləri üzrə sərbəst danışıq və yazı qabiliyyəti (rus dili üzrə isə arzuolunandır);
- Beynəlxalq maliyyə standartlarını bilmək (ACCA, CFA, CİMA və CİA sertrifikatlarından ən azı birinın olması mütləqdir);
- MS Office və 1C 8.3 proqramlarında sərbəst işləmək bacarığı;
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi və vergi məcəlləsini bilmək;
- Maliyyə və ya investisiya sahəsi üzrə minimum 5 (beş) il iş təcrübəsinə malik olmaq;
- Liderlik, komanda ilə işləmə, ünsiyyət və təqdimetmə bacarıqları;
- Aidiyyatı qurumlarla əməkdaşlıq əlaqələrinin qurulması bacarığı;
- Analitik düşünmə, gərgin iş rejimində işləmə, çevik qərar-vermə və problemi həll etmə bacarıqları;
- Nizam-intizam qaydalarına riayət;
- Komanda işi.
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzu hissəsində vakansiyanın adı göstərilməklə [email protected] elektron poçt ünvanına göndərməlidirlər.
Son müraciət tarixi: 27.03.2024-cü il
İş qrafiki: 5 günlük (09:00-18:00)
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
İşin aid olduğu sahə
Kateqoriya | Mühasibatlıq və Maliyyə |