10 C
Baku
Thursday, December 12, 2024

Hüquqşünas – Radius

0
Hüquqşünas – Radius
Bakı
01.03.2024

İş barədə məlumat:

  • Dövlət orqanlarına, publik hüquqi şəxslərə, hüquq mühafizə orqanlarına sorğu, ərizə, məktubların və müraciətlərinhazırlanması; digər dövlət instansiyaları ilə şirkət arasında hüquqi münasibətlərin tənzimlənməsi və bunula bağlı zəruri işlərin aparılması
  • Yerli və xarici tədarükçülərlə işküzar münasibətlər çərçivəsində aralarında nəzərdə tutulan sənədlərin hüquqi təhlili, araşdırılması, hazırlanması, tənzimlənməsi və icraatı ilə bağlı zəruri işlərin aparılması
  • Şirkətlə kommersiya münasibətlərində olan fiziki və hüquqi şəxslər arasında nəzərdə tutulan sənədlərin hüquqi təhlili, araşdırılması, hazırlanması, tənzimlənməsi və icraatı ilə bağlı zəruri işlərin aparılması
  • Şirkətin fəaliyyətində əmək və xidmət müqavilələri ilə çalışan şəxslərin şirkət arasında nəzərdə tutulan sənədlərin hüquqi təhlili, araşdırılması, hazırlanması, tənzimlənməsi və icraatı ilə bağlı zəruri işlərin aparılması
  • Hüquqi sənədlərlə iş, mövcud sənəd  bazası ilə işləmək, bazanı arxivləşdirmək;
  • Görülən işlər üzrə hesabatların hazırlanması və təqdim edilməsi
  • Rəhbərlik tərəfindən təyin olunan digər hüquqi əqd və sənədlərin hazırlanması
  • Nahar şirkət tərəfindən qarşılanır
  • İş yeri: Badamdar qəsəbəsi
  • İş rejimi: Həftənin 6 günü
  • Əmək haqqı müsahibə nəticəsində təyin olunur

Namizədə tələblər:

  • Hüquq sahəsində ali təhsil;
  • Azərbaycan və Rus  dillərini yüksək səviyyədə bilməli, İnglis dili üstünlükdür;
  • Hüquq vəzifəsi üzrə ən azı 2 il iş təcrübəsi;
  • MS Office proqramlarında iş bacarığı;
  • Yaş həddi: 25-40 yaş

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Hüquqşünas” qeyd etməklə elektron poçt ünvanına göndərmələri xahiş olunur. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaHüquq