21 C
Baku
Saturday, September 28, 2024

Gəlirlər üzrə nəzarətçi – Chenot Palace

0
Gəlirlər üzrə nəzarətçi – Chenot Palace
Qəbələ
13.05.2024

Ünvan: Qəbələ

Əsas öhdəliklər:

  • Maliyyə şöbəsi Menecerinin birbaşa nəzarəti ilə əldə olunan bütün gəlirlərin düzgün qeyd edilməsinin və uyğunsuzluqlar barəsində vaxtı-vaxtında məlumat verilməsinin təmin edilməsinə cavabdeh olmaq.
  • Gəlirlər üzrə Nəzarətçi gündəlik gəlir hesabatı hazırlamalı və bütün gəlirləri bankda olan nağd pul və hər gün üzrə debitor borcların dinamikası ilə uyğunlaşma aparmalı.
  • Gəlirlər üzrə Nəzarətçi bütün gəlirlərin qeyd edilməsini və gündəlik hesabat verilməsini və gəlir prosesinə aid olan bütün nəzarət prosedurlarının həyata keçirilməsini təmin etməli.
  • Bütün satış şöbələri üçün gündəlik gəliri və statistik məlumatı yoxlamaq, təsdiq etmək, yeniləmək və gündəlik gəlirlər üzrə hesabatı paylamaq.
  • Təqdim olunan bütün güzəştləri yoxlamaq və hesabatı yoxlamaq və imzalamaq üçün şöbə rəhbərlərinə ötürmək, qüvvəsini itirmiş və endirim edilmiş çekləri yoxlamaq.
  • Kredit kartı ilə həyata keçirilmiş qonaq ödənişlərinə nəzarət etmək.
  • Əvvəlki günün Gecə Auditorundan alacaqları ödənişlər sənədlərini yoxlamaq.
  • Bütün təsdiqedici sənədlərin varlığını yoxlamaq, qonaqlar tərəfindən imzalanmış folio və qüsur çeklərini, xərclərin müqavilə ilə uyğunluğunun yoxlanılması.
  • Gəlirlərin vaxtında mühasibatlıq proqramında düzgün hesablar üzrə göstərilməsini təmin etməli.
  • Ödəniləcək bütün səyahət agentlərinin komissiyon haqlarını dəqiq hesablamalı.
  • Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi, davranış və xarici görkəm, iş rejimi və digər
  • qaydalara əməl edilməsi Vaxtı keçmiş hesablarla əlaqəli lazımi məlumatların təqib edilməsi üçün lazımi şəxsə verildiyindən əmin olmalı, maliyyə direktoruna məlumat verməli.
  • Avans depozitlərini qeyd etmək, göndərmək və balanslaşdırmaqla nəzarət etməli
  • Sorğular və hesab mübahisələri müvafiq şəxs və ya Maliyyə Direktoru ilə aydınlaşdırılmalı və dərhal cavab verilməli.

Tələblər:

  • Maliyyə, Mühasibat və ya İqtisadiyyat üzrə ali təhsil
  • Müvafiq sahədə 3+ il təcrübə
  • Xarici dil – Rus və İngilis
  • Opera PMS, iScala, TNG, Micros proqramlarında işləmə bacarığı
  • Hər zaman səmimi, nəzakətli və peşəkar xidmətlər göstərmək
  • İş yoldaşları və bütün digər şöbələr ilə normal iş münasibətlərini qoruyub saxlamaq

Faydalar:

  • Qonaqlama (digər bölgələrdən olduğu halda)
  • Qidalanma (işçi yeməkxanasında)
  • Servis xidməti.

Maraqlanan namizədlər CVlərini e-mail ünvanına göndərə bilərlər. CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edin.

Son müraciət tarixi 10 iyun 2024. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaMühasib, Mühasibatlıq və Maliyyə