Bakı
14.05.2024
Tələblər:
- İqtisadiyyat/Maliyyə sahəsində Ali təhsil
- Daxili audit sahəsində 1 il iş təcrübəsi
- İngilis, Rus dillərini bilməsi arzu olunandır
- Yüksək səviyyədə MS Office proqramlarından istifadə biliyi (xüsusilə excel)
- Daxili audit ilə əlaqadar sertifikatlar arzuolunandır.
- Analitik düşüncə və ünsiyyət bacarıqları olmalı
- Ezamiyyətlərə əngəl halları olmamalıdır.
Vəzifə Öhdəlikləri:
- Şirkət məhsullarının saxlandığı anbarlarda, sərgiləndiyi sahələrdə məhsulların saxlanma vəziyyətlərini yoxlayaraq nəticələrini məruzə etmək,
- Şirkət və səlahiyyətli satıcıların anbarlarında məhsulların fiziki miqdarlarını yoxlayaraq nəticələrini məruzə etmək,
- Müştərilər ilə bağlanmış olan müqavilələrin şərtlərinin müştəri tərəfindən yerinə yetirilməsinə nəzarət edərək nəticələrini məruzə etmək.
- Müştərilərdəki kredit borc qalıqlarının doğruluğunu kontrol edərək nöqsanların ortadan qaldırılması üçün məruzə etmək.
- Satış nöqtələrində həyata keçirilən satış aksiyalarının aksiya şərtlərinə uyğunluğunu yoxlayaraq nəticəsini yazılı olaraq məruzə etmək,
- Müştərilərdə olan şirkət avadanlıq və reklam vasitələrinin məqsədə uyğun istifadə olunub-olunmadığını yoxlayaraq nəticəsini yazılı olaraq məruzə etmək
- Müştərilərə mal daşımalarında istifadə olunan nəqliyyat vasitələrinin malların təhlükəsiz daşınmasına uyğunluğunu yoxlayaraq nəticələrini yazılı olaraq məruzə etmək.
- Müştərilərə təhvil verilən malların doğruluğunu müştəri məlumatları əsasında yoxlayaraq məruzə etmək.
- Anbarlarda həyata keçirilən məhvetmə prosesinə ümumi nəzarəti həyata keçirmək.
- Satış işçilərinin satışla bağlı performanslarını ölçmək.
- Bazar araşdırmaları həyata keçirərək nəticələrini məruzə etmək.
İş şəraiti: İş qrafiki: həftə içi 5 gün
İş yeri: Bakı
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Müfəttiş köməkçisi” qeyd etməyiniz xahiş olunur.
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |