21 C
Baku
Saturday, September 28, 2024

Mühasibatlıq və maliyyə nəzarəti şöbəsinin müdiri (baş mühasib) – Azerbaijan Poultry Company

0
Mühasibatlıq və maliyyə nəzarəti şöbəsinin müdiri (baş mühasib) – Azerbaijan Poultry Company
15.05.2024

İşin təsviri

Vakansiya haqqında məlumat:

  • Şirkətdə həyata keçirilən əməliyyatların Azərbaycan Respublikasının mövcud Əmək, Vergi və digər qanunvericiliyinə uyğun təşkil olunmasına nəzarət etmək;
  • Mühasibatlıq sisteminin əməliyyat inzibatçılığı funksiyalarını həyata keçirmək,
  • Sənədlərin rəsmiləşdirilməsi, təsərrüfat vəsaiti və onun hərəkətinin mühasibat hesabı sistemində əks olunmasına nəzarət etmək;
  • Balans və balansdankənar hesablar üzrə aparılan əməliyyatlara nəzarəti həyata keçirmək;
  • Şirkətin icmal balansı və balansdankənar hesabatlarının hazırlanmasına və təhlilinə rəhbərlik etmək;
  • Şirkətin gəlir və xərclər, debitor və kreditorlar hesabının tərkibi barədə məlumatların hazırlanmasını təmin etmək;
  • Şirkətin gündəlik əməliyyatları barədə rəhbərliyə məlumatın verilməsini təmin etmək;
  • Fəaliyyəti ilə əlaqədar olaraq şöbənin digər strukturlarla əlaqələndirilməsi təşkil etmək;
  • Kassa və bank əməliyyatları uçotunun qaydalara əsasən təşkili və icrasına nəzarət etmək;
  • Ayın bağlanması ilə əlaqədar 1C ERP sistemində əməliyyatları yoxlamaq;
  • Ay bağlandıqdan sonra şirkətin balans, gəlir – xərc hesablarının düzgünlüyünü yoxlamaq;
  • Gündəlik və həftəlik olaraq pul vəsaitlərinin hərəkəti hesabatının hazırlanması;
  • Müəssisənin dövrü (günlük, aylıq,rüblük, illik) maliyyə hesabatlarının idarəetmə uçotuna uyğun hazırlanmaq;
  • Maliyyə hesabatlarının dövrü statik və dəyişən büdcəsinin hazırlanması, plan-faktın aparılaraq analiz olunması;
  • Daxili və Xarici Maliyyə qurumlarına tələb olunan hesabatların təqdim olunması;
  • Şöbənin əməkdaşlarının işlərinin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsinə nəzarət;

Tələblər:

  • Ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə olması arzuolunandır);
  • Peşəkər mühasib sertifikatın olması
  • Maliyyə və ya mühasibatlıq sahəsi üzrə ən azı 5 il iş təcrübəsi;
  • Maliyyə, mühasibatlıq ilə bağlı yerli qanunvericiliyi və beynəlxalq standartları üzrə məlumatlılıq;
  • Azərbaycan dilində səlis danışıq və yazı; (rus və ingilis dillərini bilməsi üstünlükdür)
  • MS Excel və 1 C ERP  proqramların sərbəst istifadəsi;
  • Güclü təşkilatçılıq və yüksək təqdimat bacarığı;
  • Komanda idarəetmə təcrübəsi;
  • Çeviklik və uyğunlaşma bacarığı;
  • Gərgin mühit və qrafikdə səmərəli işləmə bacarığı.

İş şəraitinin şərtləri:

  • İş qrafiki : 09:00-18:00;
  • İstirahət günü: Həftədə 2 dəfə (Şənbə və Bazar günü)
  • Ə/h – müsahibə əsasında

CV-nizi başlıqda ” Mühasibatlıq və maliyyə nəzarəti şöbəsinin müdiri (baş mühasib)” qeyd etməklə e-mail ünvanına göndərməyiniz xahiş olunur. [email protected]

Müraciət üçün son tarix: 28.05.2024

İşin aid olduğu sahə

KateqoriyaMühasib