21 C
Baku
Saturday, September 28, 2024

Baş mühasib – Bakelektro

0
Baş mühasib – Bakelektro
Bakı
15.05.2024

İşin təsviri

  • Əmək haqqı: net -1800 manatdan başlayır
  • İş qrafiki : Tam iş günü (6 gün)
  • İş yeri: Bakı şəhəri. Nərimanov rayonu, Ziya Bünyadov 625
  • Yaş həddi: 50 yaşadək

Namizədə olan tələblər: 

  • Ali təhsil (maliyyə,vergi, biznesin idarə olunması sahələri üzrə);
  • Baş mühasib olaraq minimum 5 il iş təcrübəsi;
  • Tikinti və quraşdırma sahəsində təcrübə;
  • Vergi və Əmək qanunvericiliyi üzrə yüksək biliklər;
  • Mühasibat uçotunun Beynalxalq standartlarını bilməli
  • 1C 8.3 və MS Excel ilə işləmə bacarığı mütləqdir;
  • Dəqiqlik, nizam-intizam,məsuliyyətlilik və kollektivlə işləmə bacarığı.
  • PMS, (ACCA F3/FA) – Maliyyə uçotu sertifikatı arzuolunandır

Vəzifə öhdəlikləri:

  • Vergi, statistika və DSMF hesabatların hazırlanması;
  • Mühasibat hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;
  • Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi;
  • 1C, proqramında dövrün bağlanması əməliyyatlarının zamanında və düzgün icrasını təmin etmək (iş və xidmətlərin maya dəyərinin hesablanması, xərclərin və gəlirlərin bağlanması, amortizasiyanın hesablanması və s.);
  • Dövri olaraq dövriyyə-qalıq cədvəli, mənfəət-zərər, maliyyə vəziyyəti haqqında hesabat (balans) və digər əlaqədar maliyyə hesabatlarını və açıqlamalarını düzgün və zamanında formalaşdırmaq və təmin etmək;
  • Vergilərin və digər icbari hesabatların zamanında və düzgün hazırlanması və təqdim edilməsi, həmçinin müvafiq ödənişlərin hesablanması və ödənilməsinə nəzarət etmək;
  • Müəssisənin mühasibat şöbəsinin əməkdaşlarına rəhbərlik etmək, tabeliyində olan işçilərin işini təşkil etmək və ona nəzarət etmək;
  • Pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının aparılmasını təmin etmək;
  • Daxili və xarici audit, vergi yoxlaması və digər yoxlama qurumları tərəfindən təşkil edilən yoxlama və sorğularda iştirak etmək, sorğuların zamanında və düzgün cavablandırılmasını təmin etmək.

Uyğun namizədlərdən öz CV-ni mövzu hissəsində “Baş mühasib” yazaraq elektron poçtuna göndərmələri xahiş olunur. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaMühasib