21 C
Baku
Saturday, September 28, 2024

Baş mühasib – Corn Processing Company

0
Baş mühasib – Corn Processing Company
Bakı
16.05.2024

İş yeri: Bakı şəhəri
İş vaxtı: I – V günlər 09:00 – 18:00
Əmək haqqı: Əmək haqqı müsahibə əsasında namizədin bilik və bacarıq səviyyəsinə əsasən təyin ediləcəkdir.
Tabeçilik: Rəhbərlik

İşin təsviri:

  • Vergi, statistika və DSMF hesabatlarının hazırlanması;
  • Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
  • Əsas vəsaitlərin, maddi-əmtəə sərvətlərinin və pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların mühasibat uçotu hesablarında vaxtında əks etdirilməsinə nəzarət etmək;
  • Vergi orqanlarına qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vergi hesabatlarını (ƏDV, ÖMV, əmlak, statistik hesabat,  mənfəət vergisi hesabatı) təqdim etmək;
  • Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi;
  • Uyumsoft proqramında dövrün bağlanması əməliyyatlarının zamanında və düzgün icrasını təmin etmək (iş və xidmətlərin maya dəyərinin hesablanması, xərclərin və gəlirlərin bağlanması, amortizasiyanın hesablanması və s.);
  • Dövri olaraq dövriyyə-qalıq cədvəli, mənfəət-zərər, maliyyə vəziyyəti haqqında hesabat (balans) və digər əlaqədar maliyyə hesabatlarını və açıqlamalarını düzgün və zamanında formalaşdırmaq və təmin etmək;
  • Müəssisənin mühasibat şöbəsinin əməkdaşlarına rəhbərlik etmək, tabeliyində olan işçilərin işini təşkil etmək və ona nəzarət etmək;
  • Pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının aparılmasını təmin etmək;
  • Daxili və xarici audit, vergi yoxlaması və digər yoxlama qurumları tərəfindən təşkil edilən yoxlama və sorğularda iştirak etmək, sorğuların zamanında və düzgün cavablandırılmasını təmin etmək;
  • Xəzinə, təsərrüfat və bank əməliyyatların, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyatların və hesab-fakturaların uçotunu aparmaq;
  • Şirkətin maliyyə vəziyyəti, daxil olan pul vəsaitləri, keçirilən maliyyə əməliyyatları və debitorlar barədə məlumatları hazırlayıb rəhbərliyə təqdim etmək;
  • Müqavilələr əsasında alınan malların və xidmətlərin dəyərinin vaxtında ödənilməsini təmin etmək;
  • Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri, çəkilən xərcləri və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək;
  • Gəlirlərin müəyyən olunmuş müddətlər çərçivəsində daxil olmasına nəzarət etmək;
  • Şirkətin maliyyə vəziyyəti, daxil olan pul vəsaitləri, keçirilən maliyyə əməliyyatları və debitorlar barədə məlumatları hazırlayıb rəhbərliyə təqdim etmək.

Namizədə dair tələblər:

  • Tam ali iqtisadi təhsil (Maliyyə və mühasibatlıq);
  • Sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • MS Office proqramları üzrə bilik;
  • Azərbaycan dilində səliş danışıq (İngilis dili yüksək səviyyədə, Rus dili arzuolunandır)
  • Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməlidir;
  • Peşəkar mühasib sertifikatı ( PMS ) olmalıdır;
  • Analitik  və məntiqi təhlil bacarığı;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV – lərini e-mail ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin) [email protected]

İşin aid olduğu sahə

KateqoriyaMühasibatlıq və Maliyyə