21 C
Baku
Saturday, September 28, 2024

Turizmin inkişafı şöbəsində Aparıcı mütəxəssis – Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi

0
Turizmin inkişafı şöbəsində Aparıcı mütəxəssis – Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi
Şuşa
17.05.2024

Vəzifə öhdəlikləri:

  • Şuşa şəhərinin coğrafiya, tarix, mədəniyyət və turizm potensialına dair məlumatların araşdırılmasında şöbə müdirinə köməklik göstərmək;
  • Şuşaya təşrif buyuran (rəsmi xətlə) qonaqların qarşılanması, müşayiət olunması və məlumatlandırılmasında iştirak etmək;
  • Fərqli bazar və səyahət zonaları barədə məlumatları araşdırmaq, toplamaq, məlumatları təhlil edib uyğun turizm marşrutları hazırlamaq;
  • Maşrutların hazırlanmasında tur bələdçilərlə, digər mütəxəssislərlə işləmək, yeni marşrutları testdən keçirmək;
  • Hazır turlar barədə turizm biznes subyektlərini mütəmadi məlumatlandırmaq, tur məhsullarının tanıtım işlərini icra etmək;
  • Turizm biznesi subyektləri və obyektləri ilə görüşlər keçirir, biznes əlaqələri yaradır;
  • Tur məhsullarının birbaşa qonağa və korporativ tərəfdaşlara satışını təşviq edir;
  • Gündəlik və aylıq inzibati işləri, tapşırıqları vaxtında icra edir, hesabatların yazılmasını, onların rəhbərliyə ötürülməsini təmin edir;
  • Satış müqavilələrini nəzarətdə saxlayır;
  • Birbaşa rəhbərinin göstərişi ilə qoruq layihələrində iştirak edir, turizm tədbirlərinin təşkilini və təbliğini icra edir, müxtəlif növ tanıtım məhsullarının hazırlanmasını, ümumi komunikasiyanı icra edir;
  • Vəzifə öhdəliyindən irəli gələn digər tapşırıqları icra edir.

Vəzifəyə dair tələblər:

  • Müvafiq sahə üzrə 2 illik iş stajı
  • İdarəetmə, iqtisadiyyat və ya humanitar sahələr üzrə ali təhsil
  • Azərbaycan dilini səlis bilməlidir
  • İngilis dili C1 səviyyəsi

İşin aid olduğu sahə

KateqoriyaDövlət qurumları