10 C
Baku
Thursday, December 12, 2024

Müştəri xidmətləri üzrə mütəxəssis (Çağrı mərkəzi) – Azersun Holding

0
Müştəri xidmətləri üzrə mütəxəssis (Çağrı mərkəzi) – Azersun Holding
Bakı
17.05.2024

Müəssisə:  Al Market MMC

Tələblər: 

  • Ali təhsilli olmalı;
  • Çağrı mərkəzi üzrə minimum 2 il iş təcrübəsi
  • MS Office proqramlarında işləyə bilməli;

Vəzifə öhdəlikləri:

  • Daxil olan telefon zənglərinin cavablandırılması;
  • Sosial şəbəkə hesablarına, WhatsApp-a gələn mesajlara, rəylərə cavab vermək;
  • Müştərilərə məhsul, qiymət, kampaniya ilə bağlı təmkinli şəkildə düzgün məlumat vermək;
  • Müştərilərin şikayət, təklif və tövsiyələrini dinləmək və müvafiq şöbələrə yönləndirmək;
  • Daxil olan şikayətlərin gedişatını və sonlandırılmasını nəzarətdə saxlamaq, müştərilərdən məmnuniyyət sorğusu aparmaq;
  • Davamlı olaraq müştəri məmnuniyyətini artırmaq üçün imkanları müəyyənləşdirmək;
  • Müştərilərin narazılıqlarını və şikayətlərini bir araya gətirmək və analiz etmək;
  • Lazımi hesabatları hazırlayaraq rəhbərliyə təqdim etmək;
  • CRM proqramına lazımi bilgilərin əlavə edilməsini təmin etmək.

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • Nahar şirkət tərəfindən təmin edilir;

Ünvan: Bakı şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Müştəri xidmətləri üzrə mütəxəssis (Çağrı mərkəzi)” qeyd etməyiniz xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər