9 C
Baku
Thursday, December 12, 2024

Baş Mühasib – Azari Express

0
Baş Mühasib – Azari Express
Bakı
20.05.2024

Namizədə olan tələblər: 

  • Ali təhsil (maliyyə,vergi, biznesin idarə olunması sahələri üzrə);
  • Aparıcı Mühasib olaraq minimum 3 il iş təcrübəsi;
  • Vergi və Əmək qanunvericiliyi üzrə yüksək biliklər;
  • Mühasibat uçotunun Beynalxalq standartlarını bilməli
  • 1C 8.3 və MS Excel ilə işləmə bacarığı mütləqdir;
  • Dəqiqlik, nizam-intizam,məsuliyyətlilik və kollektivlə işləmə bacarığı.

Vəzifə öhdəlikləri:

  • Vergi (ƏDV, Mənfəət , Vahid bəyannamə), Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi və digər dövlət qurumlarına hesabatlarının hazırlanması
  • Dövlət qurumlarından daxil olan məktubların (kameral) cavablandırılması ;
  • Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərin ,mal qalığının, vergi öhdəliklərinin , gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi
  • Ödəniş və bank sənədlərinin tərtib olunması;
  • Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılmasını təşkil etmək
  • Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) proqram təminatı (1 C 8.3) əsasında hazırlamaq və s.

İş Şəraiti:

  • Əmək haqqı: 1200-1500 AZN (NET)
  • İş qrafiki : Tam iş günü (5 gün)
  • İş saatları: 09:00-18:00.
  • İş yeri: Bakı şəhəri, Caspian Biznes Mərkəzi

Namizədlərdən şəkilli CV-lərini “Böyük mühasib” mövzusu ilə e-mail ünvanına göndərmək xahiş olunur. Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaMühasib