21 C
Baku
Saturday, September 28, 2024

Risklərin idarəolunması üzrə Menecer – Zeytun Pharmaceuticals

0
Risklərin idarəolunması üzrə Menecer – Zeytun Pharmaceuticals
Bakı
20.05.2024

İşin təsviri

Tələblər:

  • Ali təhsili;
  • Risk və Maliyyə sahələri üzrə ən azı 3-5 illik təcrübə;
  • Peşəkar sertifikata (CFE, CİA, ACCA) üstünlük verilir.
  • Müvafiq normativ sənədlər və qanunvericilik üzrə nəzəri biliklərə malik olmaq;
  • Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
  • Daxili nəzarət prinsipləri, risklərin idarə edilməsi metodologiyaları haqqında güclü anlayış;
  • Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;

Vəzifə öhdəliyi:

  • Risklərin idarəedilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq;
  • Risklərin idarəedilməsi ilə bağlı metodologiyaların hazırlanmasında iştirak etmək;
  • Mütəmadi olaraq risklərin qiymətləndirilməsində iştirak etmək və nəticəsində risk xəritəsini hazırlamaq;
  • Risk limitlərinə riayət olunmasına daimi nəzarəti həyata keçirmək və pozuntular barədə dərhal məlumat vermək;
  • Risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədi ilə Cəmiyyətin digər departamentlərindən, elektron informasiya sistemlərindən, eləcə də xarici mənbələrdən alınmış məlumatları təhlil etmək;
  • Risk məsələləri ilə bağlı şirkətin digər departamentlərinə məsləhətlər vermək və metodoloji yardım göstərmək;
  • Şirkətin aidiyyəti struktur bölmələri ilə birgə fövqəladə hallar planının hazırlanmasında iştirak etmək;

Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.  hrdepartment@zeytunpharma.az