12 C
Baku
Wednesday, December 11, 2024

Mühasib – Sirab Satış və Dağıtım MMC

0
Mühasib – Sirab Satış və Dağıtım MMC
Bakı
21.05.2024

Əsas tələblər:

  • Minimum təhsil dərəcəsi: Bakalavr (İqtisadiyyat, Maliyyə, Müasibatlıq üzrə);
  • Komputer bilikləri: MS Office – Yaxşı;
  • Dil bilikləri: Azərbaycan – Əla;
  • Minimum təcrübə: 2-3 il (müvafiq sahə üzrə);
  • Riyazi biliklər və analitik düşünmə bacarığı;
  • Mühasibat uçotunun təşkili və maliyyə, vergi və digər hesabatların tərtibi üzrə yuxarı orqanların əsasnamə, sərəncam və əmrləri haqqında biliklər;
  • Müəssisə, idarə və təşkilatlarda mühasibat uçotunun aparılmasının metodları üzrə biliklər;
  • Maliyyə, vergi və digər hesabat formaları və onların tərtib edilməsi bacarığı;
  • Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin iqtisadi təhlil metodları üzrə nəzəri biliklər.

Fərdi keyfiyyət göstəriciləri:

  • İşdə dəqiqlik və detallara diqqətlilik;
  • Məsuliyyətlilik;
  • Ünsiyyətlilik;
  • Komandada işləmək bacarığı;
  • Konfidensiallıq;

Digər tələb və üstünlük göstəriciləri:

  • Rus və ya ingilis dili biliyi;
  • Mikro ERP və Günəş proqram bilikləri.

İş barədə: 

  • Müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;
  • Pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi;
  • Debitorlar və  kreditorlar üzrə qalıqların müəyyən edilməsi;
  • Bankla ilə əlaqəli əməliyyatların icrası;
  • Əmək haqqlarının, məzuniyyətlərin, ezamiyyətlərin, xəstəlik vərəqəsinin hesablanması;
  • Digər kreditor və debitorlar ilə hesablaşmaların qeydiyyatının aparılması;
  • Rəsmi hesabatların hazırlanması və təqdim olunması;
  • Yerli və Xarici ödənişlərin edilməsi;
  • Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;
  • E-Qaimə fakturalarının və Hesab Fakturaların yazılması;
  • İşçilərin əmək haqqlarının və digər ödənişlərinin aparılması
  • Vəzifə öhdəliklərinə daxil olan digər işlərin yerinə yetirilməsi.

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Razılaşma əsasında;
  • Yemək şirkət tərəfindən;
  • Şirkət nömrəsi və danışıq paketi.

İş yeri: Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5).

Müraciət forması:

Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Mühasib” yazmaqla mail ünvanına göndərmələri xahiş olunur.

Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.  [email protected]

İşin aid olduğu sahə

KateqoriyaMühasib