21 C
Baku
Saturday, September 28, 2024

Baş mühasib – Dövlət Məşğulluq Agentliyi

0
Baş mühasib – Dövlət Məşğulluq Agentliyi
Bakı
21.05.2024

Strukturun adı: Bakı Peşə Hazırlığı Mərkəzi PHŞ

Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq

Vəzifə funksiyaları:

  • Daxili uçotun formalaşdırılmasını, baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında aktivlər, öhdəliklər, kapital, gəlir və xərclər barədə məlumatların yığılmasını, qeydiyyatını və ümumiləşdirilməsini, bu məlumatlara uyğun olaraq analitik və sintetik uçotunun aparılmasını, habelə maliyyə, vergi və digər hesabatların müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsini və mühasibat uçotu sənədlərinin saxlanılmasını təmin etmək;
  • Xərclər smetasının hazırlanmasını və icrasını təşkil etmək;
  • Əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək;
  • Aktivlərin çatışmazlıqları və mənimsənilməsi haqqında sənədlərin tərtibində iştirak etmək, lazımi hallarda müvafiq işlərin hüquq-mühafizə orqanlarına verilməsinə nəzarət etmək;
  • İnventarizasiya zamanı aktiv və öhdəliklərin mövcud faktiki qalığı ilə mühasibat uçot məlumatları arasında yaranmış kənarlaşmaların aradan qaldırması ilə əlaqədar müvafiq işləri yerinə yetirmək;
  • Ştat, maliyyə, bank və kassa intizamına ciddi əməl edilməsi, inzibati-təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və digər itkilərin mövcud qaydalara uyğun mühasibat uçotunda əks etdirilməsini və uçotdan silinməsini təmin etmək;
  • Müqavilələrin təsdiqləyici sənədlərin tərtib edilməsi və imzalanması, hesablaşmaların vaxtında və tam icra edilməsinə aid olan şərtlərinin yerinə yetirilməsinə nəzarət etmək;
  • Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin etmək;
  • İşə qəbul edilmiş əməkdaşlara bank hesabı açılması və əməkdaşların əmək haqqı kartlarının sifarişinə və təmin edilməsinə dair müvafiq banklara müraciətləri həyata keçirmək.

Tələblər:

  • Ali təhsil (Maliyyə, Mühasibat və İqtisadiyyat sahələri üzrə);
  • Müvafiq sahə üzrə 5 il iş təcrübəsi;
  • Azərbaycan dili (sərbəst), rus və ingilis dili (arzuolunandır);
  • “Microsoft Office” proqramları (yaxşı səviyyədə, xüsusilə Excel) və 1C 8.3;
  • MHBS səviyyəsində Peşəkar Mühasib Sertifikatının (PMS) olması mütləqdir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Baş mühasib” qeyd etməklə e-mail ünvanına göndərmələri xahiş olunur.

Həmçinin CV-lərinizi https://www.cvyarat.az/ platformasında da yaradaraq göstərilən vakansiyaya müraciət edə bilərsiniz.